MÜSAHİBƏ
A- A A+

Rafiq Quliyev: “İrəvana qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq olunmalıdır"

2019-08-17 09:40:18

Fact-info.az saytının bugünkü qonağı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyər üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzinin əməkdaşı Rafiq Quliyevdir.O,Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə sonuncu səfəri əsnasında Qarabağın Ermənistana məxsusluğu ilə bağlı səsləndirdiyi fikirə kəskin etirazını bildirib

Əslən Qarabağdan olan Rafiq Quliyev öz fikirlərini belə açıqlayıb: “ Paşinyan dünya ictimaiyyətinin gözü qarşısında tarixi həqiqəti inkar edərək Azərbaycanın tarixi torpağı olan Qarabağın Ermənistana məxsusluğunu iddia edir. Bununla bir daha sübut edir ki, Qarabağ probleminin arxasında məhz Ermənistan dayanır. Paşinyan sözdə Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, əslində separatçı mövqe tutub və işğalçılıq siyasətindən əl çəkməyəcək. Ona ciddi təpki göstərilməlidir.

R Quliyev daha sonra bildirib: “Paşinyanın bu addımına hüquqi qiymət verilməlidir. Paşinyan beynəlxalq təşkilatlar tərəfindən də qınaq hədəfinə çevrilməlidir. İrəvana qarşı iqtisadi, hərbi sanksiyalar tətbiq olunmalıdır. Erməni separatçılarının işağldakı torpaqlardan çıxarılması üçün ölkəmizə dəstək verilməlidir. Bütün bu addımların atılması işğalçının cəzalandırılması, işğala məruz qalan ölkənin hüquqlarının qorunması baxımından zəruridir. Problemin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanlarından istifadə olunub. Lakin görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib”.

R Quliyev daha sonra bildirib: “Ermənistan bununla beynəlxalq hüquqi normaları təhlükə altında qoyur, bunu qəbul etmədiklərini göstərirlər. Həmçinin Ermənistan beynəlxalq təşkilatların prinsiplərinə zidd siyasət həyata keçirirərək mövcud hüquq sistemini tapdalayır. Beynəlxalq hüquq sisteminə hörmətsiz yanaşır. Bu isə Azərbaycanın səbrini tükəndirir. Odur ki, əgər Ermənistan təxribatlarından əl çəkməzsə, bu, Azərbaycanı Qarabağ probleminin həllini fərqli müstəviyə daşımaq məcburiyyəti ilə üz-üzə qoya bilər”.

Əslən Qarabağdan olan Rafiq Quliyevin həyat və yaradıcılığına qısa nəzər salaq. O, 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Bu gün təsviri sənət məkanında rəngkar və heykəltəraş kimi tanınan Rafiq Quliyev ixtisas təhsilini Bakıdakı məşhur “Əzimzadə məktəbi” ndə almışdır. Sonrakı dövrlərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alan Rafiq Quliyev ötən illərdə respublikanın müxtəlif güşələrində yaşayan istedadları üzə çıxarmaqla yanaşı özü də yaradıcılıqla məşğul olmuş, rəngkarlıq, qrafika və heykəltəraşlıq sahələrində yaddaqalan əsərlər yaratmışdır. Azərbaycan Rəssamlar İtttifaqının üzvü olan Rafiq Quliyevin əsərləri vaxtaşırı müxtəlif miqyaslı yerli və xarici sərgilərdə uğurla nümayiş olunmuşdur O, Azərbaycan təsviri sənətinin problemlərinin tədqiqatı ilə məşğul olaraq bir sıra kitablar yazmışdır. Onun “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə”, “Təsviri sənətdə insan dünyası”, “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı və digər əsərləri Azərbaycan mədəniyyətinə, sənətşünaslığına böyük töhfədir.

Təsviri sənətdə, tarix və şəxsiyyət mövzusu incəsənətin bu vaxta kimi tədqiq olunmamış sahələri ilə məşğul olan Rafiq müəllimin əsərləri müasir dövrdə çox aktualdır. Müstəqil Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi üçün tarix və şəxsiyyət mövzusunda yazılan belə əsərlər geniş auditoriyaya zəngin informasiya verir. Rafiq Quliyevin tədqiqatlarında “Qrafika” bölməsi mühüm sahədir. Bu bölmədə tariximizin izləri yaşayır, ayrı-ayrı görkəmli şəxsiyyətlərimizin portretləri əks olunub. Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab kimi rəssamların əsərlərində tarixi şəxsiyyətlər, müxtəlif mərasimlər əks olunmaqla, onlar haqqında çox zəngin təəssüratlar var. Nəvvabın “Şuşada Aşura mərasimi”, “Əmir Teymurun portreti”, M.Q. İrəvaninin “Fətəli şahın portreti” əsərləri bu baxımdan çox dəyərlidir.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1271

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...