SOSİAL
A- A A+

“Ümumqafqaz Evi”nin təsisçilərinin toplantısı

2019-08-15 20:25:25

.

Avqustun 15-də Tbilisidə “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatının təsisçiləri polis general-mayoru, Qarabağ müharibəsi veteran Kamil Məmmədov və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, UNESKO-nun dosenti Rizvan Hüseynov Cənubi Qafqazdakı milli münaqişələrin vəziyyəti və bu münaqişələrin həlli ilə bağlı yeni sülhməramlı təşəbbüslərlərlə bağlı mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərindəki təxribatçı çıxışına da münasibət bildirilib.

Kamil Məmmədov Azərbaycanın sosial - iqtisadi inkişafı, əldə etdiyi uğurları, Azərbaycan, Gürcüstan və Türkiyənin Cənubi Qafqazda birgə həyata keçirdikləri irimiqyaslı enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat verib.

O, eyni zamanda, Ermənistan rəhbərliyinin, xüsusən də baş nazir N.Paşinyanın çıxışını düşünülməmiş, regiondakı kövrək sülhə təhlükə yaradan fikirləri olduğunu qeyd edib.

Sonra Rizvan Hüseynov çıxış edərək Azərbaycan Prezidentinin balanslaşdırılmış xarici siyasəti, münaqişənin sülh yolu ilə ədalətli həlli istiqamətindəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Ermənistan rəhbərliyinin, xüsusən də baş nazir N.Paşinyanın avqustun 5-də etdiyi çıxışını təxribat adlandıran siyasətçi deyib: “N. Paşinyanın çıxışı regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir”.

Tədbirdə “Ümumqafqaz Evi”nin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, təşkilatın əsas fəaliyyət istiqaməti Qafqazda sülh quruculuğuna dəstək verməkdir. Sentyabrda Tbilisidə QHT-nin təsis qurultayının keçirilməsi nəzərdə tutulub. Toplantıya Gürcüstan, Azərbaycan və Ermənistanı təmsil edən ictimai-siyasi xadimlər və sülh quruculuğu sahəsində fəaliyyət göstərən təşkilatlar dəvət olunacaqlar.

Bildirilib ki, “Ümumqafqaz Evi”nin yaradılması təşəbbüsünə Gürcüstanın məşhur simaları dəstək verib. Onların arasında məşhur müğənni, Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze, məşhur gürcü bəstəkar Gia Kançeli, gürcü rejissor Robert Sturua da var.

Tədbirdə “Ümuqafqaz Evi”nin bölgədə münaqişə tərəfləri arasında dialoqun genişləndirilməsi istiqamətində fəaliyyətinə dəstək vermək çağırışı ilə beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, Cənubi Qafqaz ölkələrinin ziyalıları və ictimaiyyətinə müraciət qəbul olunub.

Tədbirdə həmçinin, “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının rəhbəri Artur Ağacanovun N.Paşinyanın Xankəndindəki çıxışına etiraz bəyanatı oxunub. Paşinyanın çıxışının ciddi tənqid olunduğu müraciəti Artur Ağacanov, Valeri Eritsyan, Qeorqi Arakelyan, Leva Yaxşıbəyov, Karina Eritsyan və hərəkatın digər fəalları imzalayıblar.

A.Ağacanov və onun ətrafında olan ermənilər Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi sayır və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 129

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...