TƏDQİQATLAR
A- A A+

Fransalı ekspert: “Münaqişənin həllinə sistemli yanaşma tələb olunur”

2015-10-10 09:35:46

Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayınca, Ermənistan-Azərbaycan münaqişəsində heç bir müsbət irəliləyiş gözlənilə bilməz

Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərindən çıxarılmalı və torpaqlarda legitim hökumət bərpa olunmalıdır. 

Bunu  fransalı tarixçi-ekspert Maksim Qauyin deyib.

Onun sözlərinə görə, məsələnin yeganə həlli torpaqların işğaldan azad olunmasındadır. Münaqişə başlayandan bu günədək aparılan danışıqlarda Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Buna da səbəb Ermənistanın Rusiya tərəfindən dəstəklənməsinə arxayın olmasıdır. Digər tərəfdən də beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirtmək üçün konkret addım atmaması danışıqlar prosesində müsbət irəliləyişin əldə olunmasına maneə törədir. 

Ekspertin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini dünyaya çatdırmaq üçün ilk növbədə məsələnin hansı şəraitdə başladığı və kökləri dərindən araşdırılmalıdır: “Münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq olmaz. Həmin dövrə aid arxivlər var, onlar araşdırılmalı və bütün faktlar ortaya çıxarılmalıdır. 19-cu əsrdən bu günə qədər olan bütün arxivlər dərindən araşdırılmalıdır. Daha çox fakt əldə olunsa, bu münaqişənin müsbət həlli istiqamətində müəyyən addımlar ata bilərik. Münaqişənin həllinə  sistemli yanaşma tələb olunur”.

Fransalı tarixçi ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə baxışlarından da danışıb: “Fransa hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir və haqlı olaraq da öz ərazi bütövlüyünün bərpasına çalışır.   Fransada yerli idarəetmə orqanları qondarma Dağlıq Qarabağ Respublikası ilə müqavilələr bağlayaraq oradakı işğalçı rejimə dəstək verirlər. Bunlar Fransa qanunvericiliyinə ziddir. Yerli idarəetmə orqanlarının beynəlxalq səviyyədə hər hansı müqavilə imzalamaq səlahiyyəti yoxdur. Dəfələrlə Azərbaycanın təşəbbüsü ilə belə addımların qarşısı alınıb”.  Qeyd edək ki, Maksim Qauyin “Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu”nun dəvəti ilə Azərbaycana səfər edib.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 897

QHT və MEDİA

2018-07-18 08:25:25

QHT və MEDİA
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələ...

2018-07-17 09:25:06

QHT və MEDİA
Fransanın “Lettre Diplomatique” jurnalın...
Fransanın “Lettre Diplomatique” jurnalın...

Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr o...

CƏMİYYƏT

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

2018-07-14 09:05:08

CƏMİYYƏT
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərl...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...