MÜSAHİBƏ
A- A A+

"Görün vəziyyət necə gərgindir ki, ermənilər düşmən hesab etdikləri ölkəyə keçirlər"

2019-08-15 08:30:04

.

“Birinci dəfə deyil ki, erməni hərbi qulluqçusu Azərbaycan tərəfə keçir. Təkcə hərbi qulluqçular deyil, mülki vətəndaşlar da Azərbaycan tərəfə keçirlər. Erməni mətbuatının informasiya müharibəsi olaraq ölkədəki vəziyyətlə bağlı təbliğat aparmasına baxmayaraq, görünən odur ki, ictimai-siyasi vəziyyətləri pisdir”.

Bunun “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, ölkədə vəziyyət normal olarsa, hər hansı əsgər və yaxud mülki şəxs Ermənistanı tərk etməz: “Görün vəziyyət necə gərgindir ki, vətəndaşlar düşmən hesab olunan ölkəyə keçirlər. Bu, həm də ermənilərin təbliğatının iflası deməkdir. Hərbi qulluqçunun Azərbaycan tərəfə keçməsi Ermənistan ordusundakı mənəvi-psixoloji durumun da aşağı səviyyədə olduğunu göstərir. Azərbaycan tərəfə keçən erməni hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin şəkillərinə baxdım, məlumatları oxudum, vəziyyət acınacaqlıdır. Bu, sıradan bir hadisə deyil, hesab edirəm, bu cür hallar çox olacaq. Baş verənlər Ermənistanın apardığı siyasətin nəticəsidir. Ermənistan rəhbərliyi anlamır ki, xalqlar normal qonşuluq şəraitində yaşamalıdır, ermənilər milli xəstəlikləri olan işğalçılıq siyasətindən əl çəkməlidirlər. Nə qədər gec deyil, ermənilər Azərbaycan ərazilərini tərk etməli, işğalçılıq siyasətinə son qoyulmalıdır. Qonşu xalqlara, xüsusilə də Azərbaycana qarşı bu cür münasibət davam edəcəksə, Ermənistanda vəziyyət dəyişməz olaraq qalacaq”.

Milli Məclisin deputatı Cavid Osmanov da “Report”a açıqlamasında deyib ki, cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin Azərbaycan tərəfə keçməsi Ermənistandakı vəziyyətlə bağlıdır.

Onun sözlərinə görə, bu, Ermənistandakı vəziyyətin nə qədər pis vəziyyətdə olmasının göstəricisidir: “Bilirsiniz ki, Ermənistan iqtisadiyyatı tənəzzül dövrünü yaşayır, ölkədə qeyri-sabitdir, ordu birləşmələri pis vəziyyətdədir. Bunun əksinə olaraq isə Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur, ölkə dinamik inkişaf edir. Azərbaycanın qüdrətli ordusu var. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır. Ölkəmizdə hərbi hissələr ən müasir standartlara cavab verir, ordu quruculuğu prosesi uğurla davam etdirilir. Azərbaycan ordusu daim ayıq-sayıqdır. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin sayəsində olub. Ordumuz dünya miqyasında layiqli yerini tutub”.

Deputat qeyd edib ki, bəzi hallarda sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycan ordusu ilə bağlı neqativ informasiyalar yayırlar: “Bunu ölkə daxilindəki radikal müxalifət və xaricdə mühacirətdə olanlar erməni lobbisinin dəstəyi ilə həyata keçirirlər. Bütün bunlar Azərbaycan əsgərinin ruhdan düşməsi üçün edilir. Amma onların əməlləri nəticəsiz qalır. Azərbaycan ordusunun qüdrəti hər kəsə bəllidir. Əsgərlərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda fədakarlıq göstərirlər”.

Xatırladaq ki, avqustun 12-si səhər saatlarında Azərbaycan ordusu cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviçi saxlayıb. Müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 185

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...