QHT və MEDİA
A- A A+

Mehriban Əliyeva xalqlarımız arasında dostluğun inkişafına böyük töhfə verir

2019-08-14 16:25:52

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyanın "Dostluq" ordeni ilə təltif olunması, ilk növbədə, onun mədəniyyət və humanitar sahədəki fəaliyyəti, xalqlarımız arasındakı dostluq münasibətlərinə verdiyi böyük töhfə ilə bağlıdır"

Bu fikirləri “Report”un Rusiya bürosuna rusiyalı ictimai xadim, “Siyasi Araşdırmalar İnstitutu”nun baş direktoru, politoloq Sergey Markov bildirib.

“Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva bu qurumun fəaliyyətini Rusiya ilə Azərbaycan arasındakı mədəniyyət sahəsində müştərək layihələri dəstək məcrasına yönəldir. Ötən illər həyata keçirilən onlarla, bəlkə də yüzlərlə layihə sırasında Moskvada geniş maraq doğuran Azərbaycan rəssamlarının sərgilərini qeyd etmək olar. Sovet rəssamlıq məktəbi çox yüksək səviyyədə olub. Bakıda da Rusiyanın müasir dizaynerlərin sərgiləri təşkil olunur. Bununla yanaşı, Mehriban Əliyevanın dəstəyi ilə Həştərxan vilayətində çox sayda tədbirlər keçirilir”, – rusiyalı politoloq deyib.

“Mehriban Əliyevanın "Dostluq" ordeninə layiq görülməsi Birinci vitse-prezidentin ölkələrimiz arasındakı dostluq münasibətlərinə böyük şəxsi töhfəni təsdiq etməklə, eyni zamanda Rusiya ilə Azərbaycan arasında bu gün sürətlə inkişaf edən münasibətlərin yüksək səviyyəsini ifadə edir”, – S.Markov fikrini tamamlayıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 512

QHT və MEDİA

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...