TƏDQİQATLAR
A- A A+

Azərbaycan XİN və “Azərkosmos” ASC Ermənistanın Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyəti ilə bağlı açıqlama yayıb

2019-08-11 17:25:01

.

“Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsilə cari ilin iyun-iyul ayları ərzində Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi nəticəsində Şuşa şəhərində “İsabulağı” ətrafında 0.46 hektar sahədə meşə zolağının qırılması aşkar edilib. Həmçinin, peyk təsvirləri vasitəsilə sözügedən ərazinin 0.85 hektar sahəsində yeni tikililər üçün planlama işlərinin aparıldığı qeydə alınıb.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin birgə mətbuat açıqlamasında məlumat verilir.

“Məlum olduğu kimi, Ermənistanın işğal altındakı ərazilərimizdə törətdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən ekoloji terror nəticəsində meşə sahələri sürətlə deqradasiyaya uğrayır, həmin ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilir və təbii resurslar qanunsuz olaraq istismar edilir. “Azersky” təsvirləri vasitəsilə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarının qeyri-qanuni istismarı ilə yanaşı, Tərtər rayonunun Dəmirli mədən yatağının 740 hektar ərazisində geoloji kəşfiyyat, qazıntıhasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı da müəyyən edilib. Eyni zamanda, “Azersky” vasitəsilə aparılmış son monitorinqlər zamanı Azərbaycanın işğal olunmuş ərazilərində kənd təsərrüfatı sahələrinin qanunsuz istismarının davam etdirildiyi və genişmiqyaslı yanğınların törədildiyi müşahidə edilib. Təkcə Füzuli rayonunun təxminən 15.000 hektar sahəsində yanğınların törədildiyi qeydə alınıb.

Göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən təbii sərvətlərin istismarı və talan edilməsi, kənd təsərrüfatı və su ehtiyatları da daxil olmaqla sosial, iqtisadi və nəqliyyat infrastrukturunun dəyişdirilməsi, meşələrin qırılması, yanğınların törədilməsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdirir. Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib. Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqları normalarını və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.

Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı müvəqqəti xarakter daşıyır və bu torpaqların əvvəl-axır Azərbaycanın nəzarətinə qaytarılması qaçılmazdır. O cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə təcavüzkar qüvvə tərəfindən vurulan zərər müvafiq beynəlxalq mexanizmlər vasitəsilə hesablanacaq, Ermənistan Azərbaycan tərəfinə vurduğu zərəri ödəyəcək və bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcək”,- deyə açıqlamada bildirilir.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 237

QHT və MEDİA

2019-10-16 09:00:03

QHT və MEDİA
“Hər zaman Azərbaycan və Türkiyə düşmənl...
“Hər zaman Azərbaycan və Türkiyə düşmənl...

“Hər zaman Azərbaycan, Gürcüstan və Türkiyə düşmənlərinə qarşı birgə mübarizə...

2019-10-15 08:30:30

QHT və MEDİA
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qov...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...