MƏDƏNİ
A- A A+

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri ilə bağlı yeni əlyazma çap olunub

2019-08-08 16:40:20

.

“Elm” nəşriyyatında nəfis şəkildə hazırlanmış “Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının şərhi və lüğət (anonim əlyazma)” adlı kitab işıq üzü görüb. Kitab Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə nəşr olunub. Nizaminin “Xosrov və Şirin” poeması ilə bağlı, müəllifi bəlli olmayan, təqribən XX əsrin 30-40-cı illərinə aid əlyazmanı transliterasiya edərək geniş ön söz və alt yazılarla nəşrə hazırlayan həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

Kitaba əlavə olunan “Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması haqqında anonim əlyazma” başlıqlı ön sözdə Əzizağa Nəcəfzadə əlyazmanın qələmə alınma tarixi, əsərin yazılma səbəbləri, təxmini müəllifi haqqında apardığı elmi araşdırmanın nəticələrini açıqlayır və əsərin Azərbaycan nizamişünaslığındakı yeri haqqında məlumat verir. Ön sözdən öyrənirik ki, əlyazma Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının Rəsul Rza tərəfindən edilən bədii tərcüməsinin ilk variantına yazılan şərhlərdən biridir. Kitab poemaya yazılan şərh, əsərdəki tarixi, əfsanəvi adlar və coğrafi terminlərin izahı, çətin anlaşılan sözlərin lüğəti olmaqla üç mühüm hissədən ibarətdir.

Qeyd edək ki, kitabın elmi redaktoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, rəyçisi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Çap kitablarının tədqiqi” şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadədir.

Toğrul

Fact-info.az


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 485

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...