CƏMİYYƏT
A- A A+

Fərid Şəfiyev: Ermənistan baş nazirinin bəyanatı dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün edilən növbəti cəhddir

2019-08-08 08:25:31

.

Bu gün Ermənistan Xarici İşlər Nazirliyi avqustun 5-də Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edərkən Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyən və “miatsum”-“birləşmə” şüarından istifadə edən baş nazir Nikol Paşinyanın bəyanatını təkzib etməyə cəhd göstərib. Məhz bu şüarla erməni millətçiləri 1988-ci ilin fevralında qanlı münaqişəyə başlamışdılar. Ermənistan XİN-in bəyanatına əsasən isə söhbət mənəvi birləşmədən gedir. Məgər onlar Ermənistan silahlı qüvvələrinin harada yerləşdirildiyini, Azərbaycanın işğal olunmuş torpaqlarında ölən erməni əsgərlərinin harada xidmət etdiklərini görmürlər?

AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin Ermənistanın baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatlarına şərhində yer alıb.

“Biz Ermənistanda yüksəkvəzifəli şəxslərin və dövlət strukturlarının bir-birilərinə zidd fikirlər səsləndirmələrinin ilk dəfə şahidi olmuruq. Belə ki, 2019-cu il martın sonlarında Vyanada yüksək səviyyəli danışıqların nəticəsində Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə dair bəyanatından sonra müdafiə naziri David Tanoyan Nyu-Yorkda “yeni ərazilər uğrunda yeni müharibə”yə dair bəyanat səsləndirdi.

İlk gündən Azərbaycanda bilirdilər ki, qondarma “Qarabağ hərəkatı” Azərbaycan torpaqlarının erməni milliyyətçiləri tərəfindən ilhaqı məqsədilə başladılmış kampaniyadır. Bununla əlaqədar olaraq, 1989-cu il dekabrın 1-də Ermənistan SSRİ Ali Sovetinin o zamankı parlamenti tərəfindən Dağlıq Qarabağın birləşdirilməsinə dair məşhur fərman imzalandı. SSRİ-nin süqutundan sonra erməni millətçiləri taktikanı bir qədər dəyişdilər və bir tərəfin digər tərəfə ərazi iddiasının beynəlxalq ictimaiyyətdə mənfi reaksiyaya səbəb olacağını düşünərək, özlərinin müstəqillik ideyalarına beynəlxalq müşahidəçilərin rəğbətini qazanmaq məqsədilə beynəlxalq arenaya Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə şüarını buraxdılar. BMT və digər beynəlxalq təşkilatlar isə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdılar”, - deyə F.Şəfiyev bildirib.

Mərkəzin sədri vurğulayıb ki, erməni təbliğatçılarının bütün cəhdləri, o cümlədən qondarma “Dağlıq Qarabağ respublikası”nın “liderləri”nin Avstraliyaya səfəri uğursuzluğa düçar olur. Bu ölkənin Xarici İşlər Nazirliyi yenidən öz bəyanatında Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini ifadə etdi.

Ermənistan rəhbərliyinin hərbi təcavüzü legitimləşdirmək cəhdlərinin heç bir perspektiv vəd etməyəcəyini, Azərbaycanla sülh əldə olunmasa, sosial-iqtisadi inkişafın mümkünsüzlüyünü anlaya bilməməsi təəssüf doğurur. Regionun gələcəyi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, sülh şəraitində birgə yaşamasından asılıdır. Dağlıq Qarabağda sülh erməni və azərbaycanlı icmaların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində birgə yaşamasına əsasən olmalıdır.

Ermənistan baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə hörmətsizliyin təzahürüdür və dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün edilən növbəti cəhddir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 181

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...