SİYASƏT
A- A A+

Elşad Mirbəşiroğlu: Azərbaycanın iqtisadi inkişaf səviyyəsi genişmiqyaslı sosial paketlərin tətbiqinə imkan verir

2019-08-04 09:20:42

.

İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev ölkəmizdə ümumi iqtisadi vəziyyəti müsbət qiymətləndirdi, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin uğurla icra olunduğunu diqqətə çatdırdı. Qeyri-neft sektorunda əldə olunmuş nailiyyətlər Prezident tərəfindən xüsusi qeyd olundu. Bu sahədə artımın 15,7 faiz təşkil etməsi həqiqətən də ciddi göstəricidir. Nəzərə alsaq ki, bu göstərici son altı ayı əhatə edir, onda artımın sürəti və miqyası həqiqətən də kifayət qədər böyükdür. Bu göstərici həm də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində ciddi addımların atıldığını sübut edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, müşavirə çərçivəsində aparılan müzakirələr, səslənən fikirlər göstərir ki, inkişaf kompleks xarakter daşımaqla, bütün sahələri əhatə edir. Belə ki, kənd təsərrüfatında, ticarət dövriyyəsində, büdcə daxilolmalarında və s. istiqamətlərdə göstəricilərdə ciddi artımlar iqtisadi siyasətin düzgün, uğurla həyata keçirildiyinə dəlalət edir.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlardan bəhs edən E.Mirbəşiroğlu bildirib ki, son yarım ildə həyata keçirilən sosial paketlər dörd milyondan artıq insanı əhatə edib. Uğurlu iqtisadi islahatlar əlavə gəlirlərin həcmini artırmaqla, insanların sosial-iqtisadi rifahının yüksəldilməsinə, kompleks sosial paketlərin həyata keçirilməsinə imkan verir. Bu da bir daha göstərir ki, dövlət idarəetməsində, genişmiqyaslı islahatların həyata keçirilməsinin mərkəzində insan amili, sosial rifahın yüksəldilməsi dayanır.

Politoloq bildirib ki, sosial xarakterli addımların atılması birbaşa ümumi iqtisadi inkişafın səviyyəsindən asılıdır. Deməli, Azərbaycanın iqtisadi inkişaf səviyyəsi genişmiqyaslı sosial paketlərin tətbiqinə imkan verir. Müşavirədə toxunulan məqamlar bunu dəqiqliklə sübut edir.

“Dövlətimizin başçısı müşavirədə problemli sahələri də diqqətdən kənarda qoymadı. Prezident nağdsız ödənişlərin aşağı səviyyəsindən narahatlığını bildirdi və bu sahəyə ciddi diqqət göstərilməsinin vacibliyini vurğuladı, müvafiq tapşırıqlar verdi. Prezident süni qiymət artımına qarşı da tədbirlərin görülməsinin vacibliyini ifadə etdi.

Prezident yanında keçirilmiş müşavirə bir daha göstərdi ki, ölkə rəhbəri iqtisadi inkişafın dayanıqlı olmasının təmin edilməsini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə ciddi addımlar atılır”,- deyə politoloq vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 673

QHT və MEDİA

2020-07-02 07:00:01

QHT və MEDİA
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhb...

2020-06-30 08:55:09

QHT və MEDİA
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...

Son dövrlərdə dünyada koronavirusa yoluxanların sayı 50 faiz artıb ki, bu da ...

CƏMİYYƏT

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

2020-06-25 09:05:04

CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq......
Şirməmməd Hüseynovu yenidən oxumaq......

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Un...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...