MƏDƏNİ
A- A A+

Küveyt mətbuatı İmadəddin Nəsimiyə həsr edilmiş məqalə dərc edib

2019-08-02 08:15:12

.

Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Nahar” qəzetində “Nəsimi.. :“Kövnü məkana sığmayan həqiqət şairi” sərlövhəli məqalə dərc edilib.

Küveytdəki səfirliyimizdən AZƏRTAC-a bildirilib ki, böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunan məqalədə şairin anadan olmasının 650 illiyinin tamam olduğu, bu səbəblə 2019-cu ilin Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə “Nəsimi ili” elan edildiyi, bununla da bir daha xalqımız və dövlətimizin ölməz şairin mübarək ruhuna böyük ehtiramından və sonsuz sevgisindən xəbər verdiyi qeyd olunur.

Məqalədə İmadəddin Nəsiminin 1369-cu ildə Şamaxıda dövrünün tanınmış şəxslərindən olmuş Seyyid Məhəmmədin ailəsində dünyaya göz açdığı, zamanının görkəmli alimlərindən elm öyrəndiyi, klassik Şərq, qədim yunan fəlsəfəsinə dərindən vaqif olduğu, İslamın və xristianlığın əsaslarını kamil şəkildə mənimsədiyi, "Nəsimi" təxəllüsünü qəbul edərək hürufilik təriqətinin fikirlərini təbliğ edən şeirlər yazmağa başladığı, hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanınmış simalarından birinə çevrildiyi, onun təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən sayıldığı bildirilir.

Bundan başqa, zəngin yaradıcılıq irsi qoyub getmiş şairin üç dildə - türk (Azərbaycan türkcəsində), fars və ərəbcə şeirlər yazdığı, klassik poeziyanın müxtəlif bədii forma və janrlarında yazıb-yaratdığı, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şerin əsasını qoyduğu, ədalətsizliyə qarşı mübarizə aparmağına, təcavüzkarlığı və şiddəti pisləməsinə baxmayaraq, qəddarlıq və ədalətsizliyə məruz qalıb diri-diri dərisinin soyularaq edam olunduğu qeyd olunur. Adı yüzillərdir ki, həqiqət yolunda qəhrəmanlıq rəmzi kimi Şərq xalqlarının yaddaşında əbədiləşmiş şairin əsərlərinin bu gün də sevilə-sevilə oxunmaqda, tədqiq edildiyi, bugünədək Azərbaycanda görkəmli ədəbiyyatşünas alimlərin, nəsimişünasların apardığı tədqiqatların, çap olunan elmi araşdırma və kitabların İmadəddin Nəsimi şəxsiyyətinin və ədəbi irsinin Azərbaycan xalqı üçün yüksək dəyər kəsb etməsinin göstəricisi olduğu oxucuların diqqətinə çatdırılır.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 142

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...