QHT və MEDİA
A- A A+

İtaliya mediası Ermənistanın hərbi təcavüzündən yazıb

2019-07-31 08:45:36

.

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda uğurla keçirilməsi və bunun İtaliya mətbuatında geniş əks-səda doğurmasının ardınca İtaliyanın “Linkiesta” qəzetində erməni propaqandasının təsiri altında “Azərbaycan çox dəyərli arxeoloji əraziləri dağıdır və UNESKO bunu alqışlayır” başlıqlı erməni tərəfinin yalan və uydurma məlumatlarına əsaslanan təxribatçı məqalə dərc olunub.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycanın İtaliyadakı səfirliyi qəzetin redaksiyasına etiraz məktubu yollayaraq erməni tərəfinin maraqlarına xidmət edən bu məqalədəki məlumatların yalan və uydurma olduğunu, məqalənin müəllifinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü görməzdən gəldiyinin anlaşılmaz olduğunu bildirib.

Nəticədə “Linkiesta” qəzeti Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən geniş müsahibə alıb və müsahibə 29 iyul tarixində işıq üzü görüb.

Müsahibəsində Azərbaycan diplomatı qəzetin suallarına cavab olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri, münaqişənin tarixi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələri, qeyd olunan məqalənin hansı səbəblərdən erməni propaqandasına xidmət etdiyi, erməni lobbisinin ölkəmizə qarşı apardığı çirkin kampaniya və bunun tərəfimizdən ifşa olunması, Azərbaycanın multikulturalizm modeli, Azərbaycan-UNESKO əməkdaşlığı, münaqişəsinin nizamlanmasına dair beynəlxalq hüquqi-normativ baza və münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə danışıb.

Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.linkiesta.it/it/article/2019/07/29/azerbaigian-armenia-djulfa-unesco/43019/


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 606

QHT və MEDİA

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

2020-05-26 17:15:57

QHT və MEDİA
Rusiya portalı: Paşinyan hitlerçi babası...
Rusiya portalı: Paşinyan hitlerçi babası...

Mayın 8-də, Qələbə Günü ərəfəsində Ermənistan hökumətinin rəhbəri Nikol Paşin...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...

2020-05-12 12:15:01

İQTİSADİ
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğ...