İQTİSADİ
A- A A+

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

2019-07-31 08:00:56

İyulun 30-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Baş Nazir Novruz Məmmədov əvvəlcə gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikasında istilik enerjisi və isti su təchizatı sisteminin yaxşılaşdırılması və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və əldə edilmiş nəticələr, bu sahənin müasir standart və tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında” və “Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.

Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində həyata keçirilən strategiya əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, dünya iqtisadiyyatına inteqrasiyanın daha da sürətlənməsinə imkan yaradır. Ölkəmizin şəhər və rayonlarında bir sıra mühüm sosial infrastruktur layihələri uğurla icra olunur.

Baş Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması Energetika Nazirliyinə tapşırılıb. Həmçinin bu Sərəncamla Energetika Nazirliyi ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. “Ölkəmizdə dayanıqlı istilik təchizatı sisteminin yaradılması, əhalinin keyfiyyətli istilik enerjisi ilə təmin olunması vacib məsələdir. Nazirlər Kabinetinin iclasında bu sahədəki mövcud vəziyyətin müzakirəsi də önəmlidir”, - deyə Baş Nazir diqqətə çatdırıb.

“Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında” məsələ ilə bağlı fikirlərini bölüşən Novruz Məmmədov qeyd edib ki, balıqçılığın və akvakulturanın kənd təsərrüfatının tərkib hissəsi olduğunu nəzərə alaraq, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan idarəetmə sisteminin yaradılması, müasir tələblərə uyğun təkmilləşdirilmə və struktur islahatlarının aparılması zəruridir. Balıqçılıq sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması, balıq məhsullarının təhlükəsizliyinin təmin olunması və keyfiyyət göstəricilərinin yüksəldilməsi, bu məhsulların baytarlıq-sanitariya tələblərinə uyğun müasir ixtisaslaşdırılmış satış mərkəzlərinin yaradılması, onların istehsalı və ixracı üzrə marketinq fəaliyyətinin genişləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi daha da intensivləşdirilməlidir.

Sonra “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Kənd Təsərrüfatı naziri İnam Kərimovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda müzakirə edilən məsələlərlə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.(Azərtac)


Kateqoriya : İQTİSADİ Baxış sayı : 642

QHT və MEDİA

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...