MƏDƏNİ
A- A A+

Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” kitabı çapdan çıxdı

2019-07-30 07:30:08

Publisist Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” adlı növbəti kitabı işıq üzü görüb. Kitab Qarabağ döyüşlərində itkin düşmüş soydaşımız Xəqani Eyvaz oğlu Əkbərovun həyat və döyüş yolu əsasında qələmə alınmış sənədli povestdir

“Azəri” Poliqrafiya nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Gözlər yoldan yığılarmı...” kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən müştərək layihəsi əsasında ərsəyə gətirilib. Layihənin rəhbəri Xatirə Kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət xanım Məmmədova, redaktoru və ön sözün müəllifi şair-publisist Zülfüqar Şahsevənli, rəyçisi “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, texniki redaktoru Dilarə Hüseynova, korrektoru Kamilə Dilbazi, dizayneri Cəfər Kərimovdur.

Layihə rəhbərinin təqdimatı, redaktorun “Bir yetim haray var, gəzir dünyanı!” başlıqlı yazısı ilə açılan “Gözlər yoldan yığılarmı...” kitabında müəllif İsmayıllı rayonunun Gəraybəyli kəndində doğulmuş, o vaxtkı Azərbaycan Dövlət Neft-kimya İnstitutunun III kursunda təhsilini yarımçıq qoyub könüllü olaraq Qarabağa – qanlı döyüş meydanına yollanmış, indi itkin-şəhid statuslu Xəqani Əkbərovun döyüş yolu, axtarışları, doğmalarının, tanışlarının onun haqqında xatirə və diləklərini qələmə almışdır. Kitab “Axtarışlar” və “Xatirələr, diləklər” adlı iki bölümdən ibarətdir. N.Zöhrablının Xəqaninin itkin düşməsindən 25 il sonra çox çətinliklə tapdığı döyüş yoldaşları ilə söhbətləri bu igid həmyerlimizin döyüşə, Vətənə münasibəti, itkin düşmə şəraiti barədə zəngin məlumatları ortaya çıxarmışdır. Yenicə nişanlanmış Xəqaninin bütün təkidlərə rəğmən döyüş yolunu seçməsi, məzuniyyətin sonunu belə gözləmədən Ağdamın döyüş nöqtələrinə çevrilmiş kəndlərinə qayıtması vətənpərvərliyin təbliğində əvəzsiz nümunələrdən biridir. Kitabdakı yazıları Xəqani ilə ilgili, eləcə də onun axtarışları, müsahibələr zamanı lentə alınmış, hər biri mahiyyətində böyük anlamları daşıyan rəngli şəkillər bloku müşayiət edir. İnanırıq ki, nəşr soydaşlarımızın, özəlliklə gəncliyin, sabahın azərbaycanlılarının stolüstü kitabına çevriləcək və vətənpərvərliyin son dərəcə əhəmiyyətli bir nümunəsi kimi yaddaşlarda özünə yer edəcəkdir.

Xatirə Kitabı redaksiyasının kollektivi “Gözlər yoldan yığılarmı...” kitabının geniş ictimaiyyətə təqdim edilməsinə itkin-şəhidin doğulduğu İsmayıllı rayonundan başlamağı planlaşdırır. Sentyabr-oktyabr aylarında isə Bakıda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 340

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...