MÜSAHİBƏ
A- A A+

Leyla Əliyeva: "Azərbaycan dünyada sevgi və mərhəmət məkanına çevrilib"

2019-07-29 09:25:24

.

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində təşkil olunan “Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü - iyulun 27-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Aparıcının “Bu gün burada 1990-cı illərin hitləri səslənəcək. Sizin sevimli hitiniz varmı” sualını cavablandıran Leyla Əliyeva dedi:

- “İvanuşki İnternəşnl” qrupu mənim çox xoşuma gəlirdi. Elə indi də onları dinləməyi sevirəm.

Bəs bu qrupun hansı mahnıları xoşunuza gəlir?

- Musiqinin, ümumiyyətlə, zamanı olmur. “Koleçko, koleçko, koltso” mahnısı kimi. Ən sevimli mahnı heç vaxt köhnəlmir. Bu səbəbdən çox yaxşı haldır ki, bu gün bunu etdiniz.

Leyla xanım, artıq “Jara” festivalının iki günü arxada qalıb. Hansı hisslər, hansı təəssüratlar var? İldən-ilə bu festivalda sizin üçün dəyişən nədir?

- İldən-ilə, ümumiyyətlə, dünya yaxşılığa doğru dəyişir. Çünki getdikcə daha çox insan başa düşür ki, biz sevgi və mərhəmət üçün yaşayırıq. Mən xoşbəxtəm ki, Azərbaycan dünyada belə bir yerə çevrilib. Arzu edirəm ki, bütün dünya belə olsun. Bütün artistlərə təşəkkürümü bildirirəm.

Xalq artisti Emin Ağalarov ötən əsrin 90-cı illərinin bu gün ifa ediləcək hitlərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini bildirib. (azərtac)


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 592

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...