MÜSAHİBƏ
A- A A+

Bu festivalın Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın göstəricisidir

2019-07-28 11:15:45

.

Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bunlar həm Azərbaycanın gücünü, inkişafını göstərir, həm də ölkəmizi dünyada təbliğ edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Deputat vurğulayıb ki, bu tədbirlər çərçivəsində Azərbaycana gələn çoxlu sayda qonaq ölkəmizin inkişafını, gözəlliyini, xalqımızın qonaqpərvərliyini görür: “Onlar Azərbaycanın bölgədə sülhün, əminamanlığın, inkişafın qarantı olan yeganə dövlət olduğunu görürlər. Bütün bunlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir”.

B.Əliyev bildirib ki, bu günlərdə ölkəmizdə keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı yuxarıda qeyd olunanları bir daha təsdiq edir: “Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq aləmdə ölkəmizə olan yüksək etimadın daha bir göstəricisidir. Bu yarış gənc idmançılarımızın böyük təcrübə qazanmalarına, peşəkar idmançı kimi yetişmələrinə və gələcəkdə ölkəmizin bayrağını yüksəklərə qaldırmalarına səbəb olacaq.

Eyni zamanda, bu festival Azərbaycan həqiqətlərinin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağa imkan verməklə yanaşı, ölkə iqtisadiyyatının, xüsusən də turizin sektorunun inkişafına mühüm töhfə verir”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 197

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...