SİYASƏT
A- A A+

Özbəkistan mediası Ermənistanın işğalşılıq sıyasətindən yazəb

2019-07-28 09:15:54

.

Özbəkistanın interpress.uz portalında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təbii ehtiyatların talanması ilə bağlı məqalə yerləşdirilib.

AZƏRTAC-ın məlumatına görə, yazıda qeyd edilir ki, Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və digər ərazilərində təbii sərvətləri vəhşicəsinə talayır. “Bu yaxınlarda İngiltərə tədqiqatçısı Harrold Keyn öz yazılarında və kitabında ermənilərin Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətindən bəhs edib. O, bu məsələdə Robert Köçəryanın, Serj Sarkisyanın və başqalarının adını çəkib. Keyn yazır ki, Azərbaycanın işğal edilən ərazilərindən çıxarılan qızılın Dağlıq Qarabağdan daşınması maraq doğurur. Belə ki, deklarasiya edilməyən qızıl gizli yollarla Livana aparılır. Burada qiymətli metallar bazarına nəzarət edən ermənilər tərəfindən Livan qızılı kimi satılır”,-deyə məqalədə vurğulanır.

Yazıda bildirilir ki, əvvəllər bu işdə “Kanada Livan Bankı” da iştirak edib. Sonralar isə “Hizbullah”ın pullarının yuyulmasında adı çəkilən bu bank ABŞ-ın sabiq Prezidenti Barak Obama administrasiyasının təkidi ilə bağlanılıb. Keyn yazır ki, Köçəryan-Sarkisyan cütlüyü Qarabağ qızılı ilə “Hizbullah” terrorçularının güclənməsinə kömək edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 271

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...