SOSİAL
A- A A+

"Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır"

2019-07-21 08:15:42

Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də video-bağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müdafiə naziri tədris ilinin sonunadək qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin direktiv və təlimatlara uyğun daha da səmərəli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi və tətbiqi, eləcə də Ordumuzda peşəkarlığın artırılmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarına çatdırıb.

Ölkə prezidentinin tapşırığına əsasən bu ilin sonunadək Azərbaycan Ordusunun, xüsusilə cəbhəboyu zonada yerləşən bölmələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir neçə hərbi obyektin istifadəyə veriləcəyini bildirən general-polkovnik Z. Həsənov gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini qeyd edərək, görülən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Qoşunların gizli və fasiləsiz idarə olmasını tələb edən Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, döyüş hazırlığının daha keyfiyyətli təşkili, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Nazir həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyətin sağlamlığına diqqətin artırılması və hərbi hissələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə də göstəriş verib.

Müşavirənin sonunda Müdafiə naziri sayıqlığın artırılması və təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfinin törədə biləcəyi hər bir təxribata hazır olmaq məqsədilə kəşfiyyat fəaliyyətinin gücləndirilməsi və düşmənə qarşı adekvat cavab tədbirlərinin görülməsi barədə əmr və tələblərini müşavirə iştirakçılarına çatdırıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 170

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...