TƏDQİQATLAR
A- A A+

ABŞ-ın “The Daily Caller” qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulunun məqaləsi dərc edilib

2015-10-06 15:40:19

ABŞ-ın “The Daily Caller” qəzetinin 5 oktyabr tarixli nömrəsində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Qaçqın böhranının həllində kiçik ölkənin təcrübəsindən dərs götürmək” adlı məqaləsi dərc edilib

Məqalədə bildirilir ki, bir müddət əvvəl Aralıq dənizi sahillərində acınacaqlı şəkildə həlak olan suriyalı azyaşlı Aylanın dəhşətli fotoları bütün dünyanı silkələdi və Avropanı qəflət yuxusundan oyanaraq bu humanitar faciənin miqyasını dərk etməyə vadar etdi. Müəllif vurğulayır ki, buna baxmayaraq, hələ də Avropada bəzi siyasətçilər və hökumətlər problemin həlli yollarını çarəsiz qaçqınlara qarşı hasarların inşasında və ya gözyaşardıcı qazlardan istifadədə görərək məsuliyyətdən imtina edirlər. Bunun yanlış olduğunu bildirən baş konsul belə bir zamanda hər şeydən öncə mərhəmət hisslərinin üstün gəlməli olduğunu qeyd edir, bu baxımdan Azərbaycanın təcrübəsinin faydalı olacağını diqqətə çatdırır.

Məqalədə bildirilir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və xalqımıza qarşı etnik təmizləmə aparması nəticəsində 1 milyona yaxın azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb. Azərbaycan əraziləri ilə yanaşı, Ermənistandan da böyük sayda azərbaycanlı əsrlərlə yaşadığı torpaqlarından zorla çıxarılıb. Diplomat azərbaycanlılarla yanaşı, həmin dövrdə Orta Asiyadan didərgin düşən 50 minə yaxın Axısxa türkünə də Azərbaycanda sığınacaq verildiyini yazaraq bütün qaçqın və məcburi köçkünlərin ovaxtkı Azərbaycan əhalisinin təxminən 15 faizini təşkil etdiyini diqqətə çatdırır.

Həmin illərdə SSRİ-dən ayrılaraq müstəqilliyini yenicə elan etmiş Azərbaycanın böyük siyasi-iqtisadi çətinliklərlə üzləşdiyini bildirən müəllif yazır: “Beynəlxalq ictimaiyyətdən yardımlar gəlsə də kifayət etmirdi. Məcburi köçkünlər elektriksiz, susuz, məktəbsiz və tibbi xidmətləri qeyri-kafi olan çadır düşərgələrində məskunlaşmışdılar. Həmin məcburi köçkünlər arasında uşaqlıq dövrləri məhv olmuş, arzuları parçalanmış və həyatın fürsətlərindən məhrum olmuş yüz minlərlə uşaq – Azərbaycan vətəndaşlarının böyük bir nəsli yer alırdı. Ancaq Azərbaycan hökuməti onlardan üz çevirmədi, ən zəruri ehtiyaclarından başlayaraq onlara qayğı göstərməyi davam etdirdi”.

Müəllif 2007-ci ildə Azərbaycanda sonuncu məcburi köçkün düşərgəsinin ləğv edildiyini, məcburi köçkünlərin hökumət tərəfindən tikilmiş, bütün lazımi şəraiti olan qəsəbələrə köçürüldüyünü, Ermənistandan və Orta Asiyadan olan qaçqınlara Azərbaycan tərəfindən vətəndaşlıq hüququnun verildiyini vurğulayır. O vurğulayır ki, bütün bu işlərin arxasında ilk növbədə Azərbaycanın nümayiş etdirdiyi mərhəmət hissi və əzmkarlıq dayanır.

Diplomat, həmçinin qeyd edir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Sonda müəllif bildirir ki, hazırda Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr fonunda meydana gələn qaçqınlar problemi ilə mübarizədə və bu bəşəri faciənin aradan qaldırılmasında Azərbaycan nümunəsi Avropa üçün ilham qaynağı ola bilər.

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 855

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...