SOSİAL
A- A A+

QHT sədri Türkiyədən işgüzar səfərdən qayıdıb

2019-07-19 18:00:11

.

“Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim.”- Məmməd Araz çox gözəl deyib bu misraları, Vətənin qayasında mamır olmalıdır hər bir Vətən vətəndaşı. Tahirə xanım Məmmədova da həmin o Vətən qayasında mamır olmağa həyatını həsr etmiş xanımdır. Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Dünya sülh səfiri və BMT- nin nəzdində “VANQO”- nun üzvü olan Tahirə xanım bu günlərdə Türkiyədən işgüzar səfərdən qayıdıb. Qarabağın ən gözəl guşələrindən olan Şuşa şəhərində doğulub, böyüyən bu xanım, həmişə fəallığı və vətənpərvərliyi ilə seçilib.

Onun bu səfərinin əsas məqsədi də yenə Vətən, yenə Qarabağ olub. Tahirə xanım Türkiyənin Fethiye şəhərində qonaq olub, bir sıra rəsmilərlə görüşüb. Öncə “Fetav”da görüş keçirilib, “Fetav”ın rəhbəri Dilek Dincer xanım Tahirə xanımı yüksək qonaqpərvərliklə qarşılayıb. Eyni zamanda Fethiye şəhər Yazıçılar birliyinin başçısı Ünol Şöhret Dirlik bəylə, yüksək səviyyəli uşaq festifallarının təşkilatçısı Ayhan Gültaş bəylə də görüşdə birgə keçiriləcək mühüm layihələrin təməli qoyulub.

Daha sonra Fethiye şəhərinin Bələdiyyə başçısı Alim Karaca bəyin və Fethiye Kaykamamı Muzeffer Şahiner bəyin rəsmi qəbulunda olub. Tahirə xanım, orada da yüksək qonaqpərvərliklə qarşılanıb, Fethiyede yeni Qarabağ küçəsinin açılacağını eşidən Tahirə xanım, bələdiyyə başçısına və Kaymakama təşəkkür plaketi, Azərbaycan Bayrağı, “Qarabağ dünən və bu gün” adlı kitab, eyni adlı filmin diskini hədiyyə edib. Tahirə xanım bələdiyyə başçısına Qarabağ küçəsinin adının, Qarabağ deyil, “Azərbaycan Qarabağ” küçəsi olmasını və bununla bağlı önümüzdəki ayların birində böyük bir konfrans təşkil edilməsini təklif edib. Bu təklif alqışla qarşılanıb və dəstəklənib. “Azərbaycan Qarabağ” küçəsinin açılışı da konfransın keçiriləcəyi vaxta təyin olunub.

Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin Türkiyə təmsilçisi, yazıçı-publisist, “Oskar” mükafatı laureatı Mustafa Taner bəy bütün bu görüşləri təşkil edərək, Tahirə xanıma böyük dəstək vermişdir.


Kateqoriya : SOSİAL Baxış sayı : 612

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...