SOSİAL
A- A A+

YAP Pirallahı rayon təşkilatının toplantısı keçirilib

2019-07-18 15:15:58

.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat iclası keçirilmişdir.1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.

Bu gün siyasi baxışlarından asılı olmayaraq hamı etiraf edir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindəndir. Yaranmış sabitlik imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun.

Dünya birliyinə sürətlə inteqrasiya edən gənc, müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində mühüm islahatlar həyata keçirir. Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, insanların sosial-rifah halının daha da yaxşılaşdırılması, gənclərə diqqət və qayğı həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir. Qəbul edilmiş dövlət proqramları uğurla icra edilir. Məhz bu inkişafın nəticəsidir ki, Bakı şəhərinin yeni yaranmış Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yaranması zərurəti meydana çıxdı. 17 iyul 2013-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirildi. Yarandığı gündən rayonumuzun inkişafında və ictimai həyatında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının mühüm rolu olmuşdur.

18 iyul 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat yığıncağı keçirildi. Hesabat yığıncağını giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov gündəlikdə duran məsələləri yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. Hesabat yığıncağının gündəliyi səsvermə yolu ilə təsdiq olunduqdan sonra gündəlikdə duran ilk məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2019-cu ilin I yarımilliyi ərzində fəaliyyəti və görülən işlərlə bağlı çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirdi ki, 2018-ci ildə olduğu kimi 2019-cu ilin ilk 6 ayı ərzində də təşkilatın fəaliyyəti uğurlu və məhsuldar olmuş, mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə yanaşı ideoloji sahədə də fəallıq göstərilmişdir. Təşkilatın yarımillik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirildi.

Gündəlikdə duran ikinci məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının fəaliyyəti geniş müzakirələr və tövsiyyələrlə yadda qaldı. Hər bir ərazi ilk partiya təşkilatının fəaliyyətinə ayrı-ayrılıqda ətraflı şəkildə münasibət bildirildi, irad və nöqsanlar ərazi ilk partiya təşkilatı sədrlərinin nəzərinə çatdırıldı.

Gündəlikdə duran 3-cü məsələ - Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin fəaliyyəti barədə danışarkən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıfır. "Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Ölkəmizdə gənc nəslə qoyulan investisiya Azərbaycanın parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir.

Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. YAP ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Gənclərimiz hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Buna görə də biz gənclərimizə Azərbaycanın gələcəyi kimi böyük ümidlər bəsləyirik. Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir"

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabata münasibət bildirən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura üzvü, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, İcra nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri Həsən Niftəliyev, 235 №-li orta məktəb ərazi ilk partiya təşkilatının sədri Şahin Allahverdiyev və digərləri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2019-cu ilin ilk 6 ayı ərzində fəaliyyətini qənaətbəxş hesab etdilər.

Tədbir Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edənlərin Fəxri Fərmanla təltif edilməsi və partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya vəsiqələrinin təqdim olunması ilə yekunlaşdı.


Kateqoriya : SOSİAL Baxış sayı : 566

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...