QHT və MEDİA
A- A A+

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir

2019-07-18 14:25:20

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Natalia Bourjali və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ülkər Əkbərova ilə görüş keçirilib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara Şuranın SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) proqramı haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sistem Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Elektron hökumətin inkişafı və Rəqəmsal hökumətə keçidlə bağlı imzaladığı fərman və sərəncamları rəhbər tutaraq elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə yaradılıb. O qeyd edib ki, Şuranın tətbiq etdiyi yeni proqramlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə rəhbərliyi Şuranın yeni elektron xidmətlərini ən yaxşı şəffaflıq nümunəsi kimi qiymətləndirib. Agentliyin dəstəyi ilə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz tərəfindən SƏLİS-ə daxil olan e-məsləhət (Konsultativ dəstək üzrə onlayn xidmət) proqramına texniki yardım göstərilib və xidmətin təşkili üçün zəruri avadanlıqlar alınıb.

Natalia Bourjali bildirib ki, təmsil etdiyi Mərkəz uzun müddətdir Şura ilə səmərəli əməkdaşlıq edir. O deyib: “Bu gün əməkdaşlığımız yeni bir səviyyəyə qalxıb. Mən mütəmadi olaraq Şuranın fəaliyyətini izləyirəm və demək olar ki, hər dəfə yeni elektron xidmətin istifadəyə verildiyinin şahidi oluram. Bütün bunlar olduqca təqdirəlayiqdir. Şuranın e-məsləhət proqramı regional QHT-lər üçün çox önəmlidir.

Görüşdə iştirak edən Şura üzvü Əliməmməd Nuriyev SƏLİS-ə daxil olan proqramların hazırlanması istiqamətində görülən işlərdən danışıb və e-məsləhət proqramının həyata keçirilməsinə göstərdiyi texniki dəstəyə görə Agentliyə təşəkkürünü bildirib.

Sonda e-məsləhət proqramının ilk təqdimatı keçirilib. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə videobağlantı yaradılaraq resurs mərkəzinin kollektivi ilə region QHT-lərinin fəaliyyəti haqda maraqlı müzakirə aparılıb


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 530

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...