SİYASƏT
A- A A+

“Yad qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”

2019-07-18 08:20:59

“Yad təsirlər altında olan qüvvələr məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri, şeyx Hacı Ramin İgidov Keşikçi Dağı Məbəd-Kompleksində baş verən son insidenti şərh edərkən bildirib.

O, sərhəddə yaşanan insidentin çox xoşagəlməz hal olduğunu deyib: “Azərbaycan və Gürcüstan arasında tarixən çox yaxşı münasibətlər olub. İki ölkə strateji müttəfiqdir. Azərbaycan bir çox məsələlərdə Gürcüstanın maraqlarını qoruyur. Azərbaycan Gürcüstan iqtisadiyyatının gücləndirilməsi və əhalisinin rifahının yaxşılaşdırılması üçün bu vaxta qədər bir çox mühüm addımlar atıb”.

GMİ sədrinin fikrincə, sərhəddə baş verən insident zamanı Gürcüstan vətəndaşlarının hərəkətində müəyyən nifrət hissi müşahidə olunub: “Bu, bəlkə də, dini hisslərin oyanması idi. Ya da təhrik olunmuşdu, belə ki, təbii deyildi. Azərbaycan sərhədçiləri insident zamanı çox təmkinli davrandılar və biz bunu alqışlayırıq”.

Onun sözlərinə görə, Gürcüstan azərbaycanlıları da bu vəziyyətdən son dərəcədə narahatdırlar: “Gürcüstan ictimaiyyəti bu məsələdə soyuqqanlı olmalıdır. Gürcüstan dövləti əhali arasında məlumatlandırma işi aparıb Azərbaycanın yad ölkə olmadığını xatırlatmalıdır. Azərbaycan Gürcüstana böyük önəm verir və qonşu ölkəyə dəstək və yardımını heç zaman əsirgəməyib. Gürcüstan xalqı da bunu bilməlidir”.

R.İgidov qeyd edib ki, Gürcüstan patriarxlığında Keşikçidağla bağlı keçirilən görüşdə bəzi gürcü dindarların fikirləri ilə bağlı GMİ-nin narahatlığı diqqətə çatdırılıb:

“Patriarxlıq nümayəndələri bildirdilər ki, bəzi gürcü dindarların Keşikçidağla bağlı fikirləri Gürcüstan patriarxlığının mövqeyini əks etdirmir. Patriarxlıq həmin dindarların səsləndirdikləri bəzi fikirlərlə bağlı narahatlığını ifadə edib”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 601

QHT və MEDİA

2020-07-10 08:20:42

QHT və MEDİA
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...

Azərbaycan ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə...

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...