MÜSAHİBƏ
A- A A+

Ruslan Məmmədov: “ATU-da çox intellektli və vətənpərvər gənclər yetişir”

2019-07-18 07:20:56

Fact-info.az saytının suallarını ATU Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə və transplantalogiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru. Ruslan Məmmədov cavablandırır:

-Azərbaycanın tibb sahəsində tətbiq olunan yenilikllər, ümumiyyətlə, islahatlar öz effektiv nəticələrini verirmi?

-Son zamanlar Azərbaycanda bütün sahələrdə, eləcə də tibb sahəsində bir sıra islahatlar aparılır. Bu islahatların nəticəsidir ki, Azərbaycan tibb sahəsi inkişaf etməkdədir. Hər halda bu gün tibb sahəsindəki vəziyyət 20 il öncə ilə müqayisə olunmayacaq qədər fərqlidir. Azərbaycan tibbi dünya tibb elminə inteqrasiya olunmaqdadır. Beynəlxalq konqreslərin Azərbaycanda təşkili, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıqlar, təşkil olunan kurslar savadlı kadrların yetişməsində əvəzsiz rol oynayır. Həmçinin paytaxtla bərabər regionlarımızda müasir avadınlaqlarla təmin olunmuş müalicə-diaqnostika mərkəzlərinin yaradılması da tibbin inkişafından xəbər verir. Azərbaycan qısa müddətdə sürətli inkişaf dövrü keçmişdir və bu inkişaf tendensiyası davam etməkdədir. Düşünürəm ki, dövlətimizin dəstəyi sayəsində bütün çatışmazlıqlar aradan qaldırılacaq və görülən işlərin effektif nəticələri olacaq.

-Gənc mütəxssis olaraq aparılan islahatların sizin təhsilinizə və bu sahədəki fəaliyyətinizə təsiri oldumu?

-Ümumiyyətlə, mən 2000-ci ildə ATU-nun Müalicə Profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2001-ci ildə ATU-nun Onkologiya kafedrasında internatura keçmişəm. 2005-2006-cı illərdə ABŞ-da Virciniya CommonWealth Universitetində, 2007-2009-cu illərdə Rusiyada Kursk Dövlət Tibb Universitetində, 2011-2013 Türkiyədə İnönü Universitetində, 2018-2019-cu illərdə Niderland krallığı ERASMUS Universitetində ixtisasartırma kurslarında iştirak etmişəm. Mənim kimi bir sıra gənc həkimlər bu yolu keçiblər və keçməkdədirlər. Bütün bunlar dövlətimizin başçısı, Prezidentimiz İlham Əliyevin və birinci vitse prezidentimiz Mehriban xanım Əliyevanın gənclərə və tibb sahəsinin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.

-Azərbaycanda qaraciyər transplantasiyası sahəsində indiki vəziyyəti necə qiymətləndirirsiz?

-Ümumiyyətlə, Azərbaycan Respublikasında ilk canlı qaraciyər transplantasiyası 2008-ci ildə baş tutubdur. 2010-cu ildə bizim qrup tərəfindən Dövlət Gömrük Hospitalında bu əməliyyat icra edildi. O zamandan bəri artıq 160-dan çox xəstədə bu əməliyyat uğurla aparılaraq xəstələrə yeni həyat bəxş olundu. Dünya statistikasına nəzər salsaq görərik ki, bizim nəticələrimiz bu sahədə qabaqcıl ölkələrin nəticələrindən geri qalmır. Bildiyiniz kimi, hal-hazırda Azərbaycanda yalnız canlı vericili qaraciyər nəqli mümkündür. Lakin bu yaxın günlərdə meyitdən orqan nəqli üçün qanuna yeni əlavələr edilir. Bu proqramı Azərbaycanda reallaşdırmaq üçün orqanların vahid reyestri və bazaları yaradılmaqdadır. Bunlar həyata keçərsə bioloji ölüm keçirmiş şəxslərin orqanlarını ehtiyacı olan xəstələrə nəql etmək mümkün olar. Düşünürəm ki, bu bizdə transplantasiya sahəsinin sürətli inkişafına təkan verər. Həmçinin, bu əməliyyatların maddi tərəfləri də xəstələr üçün kifayət qədər böyük problemlər törədir. Bir çox xəstələr sırf maddi səbəblər ucbatından əməliyyatdan imtina edirlər. Buna görə də yeni hazırlanan İcbari Tibbi Sığorta paketinə orqan nəqlinin də daxil edilməsi bu sahədə inkişafa səbəb ola bilər.

-Ölkəmizdə transplantasiya sahəsində başqa nə yeniliklər var?

-2015-ci ildə bizim qrupa rəhbərlik edən AMEA-nın müxbir üzvü, professor Nuru Yusifoğlu Bayramovun dəstəyilə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Kök hüceyrə transplatasiyası əməliyyatını uğurla icra edildi. Qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkən şəxsin sümük iliyindən alınmış kök hüceyrələr birbaşa olaraq qaraciyərin damar yolu vasitəsilə nəql edildi. Prosedur sonrası xəstənin vəziyyətində yaxşılaşma qeyd edildi. Hal-hazırda kök hüceyrə transplantasiyasını inkişaf etdirmək üçün bir sıra layihələr hazırlayırıq.

-Necə düşünürsünüz tibbi maarifləndirməni genişləndirmək üçün bu gün nəyi etmək zəruridir?

- Təbii ki, tibbi maarifləndirmə işi hər zaman aparılmalıdır. Bütün hallarda tibbi, ekoloji maarifçilik işi genişlənməlidir. Bu işlər təhsil ocaqlarında, TV-lərdə, intenet medaiada daha geniş aparılmalıdır. Aparılan maarifçilik işləri effektif nəticələr verdikcə səhiyyə mədəniyyəti yüksələcək. Məncə bunun üçün tibb işçiləri ilə jurnalistlərin birgə çalışması lazımdır. Jurnalistlər əsassız mənbələrdən məlumat paylaşılmasına yol verməməlidirlər. Çünki bildiyiniz kimi, hal-hazırda insanlara təsir etmənin ən asan yolu sosial media üzərindəndir. Sosial media üzərindən fəaliyyətə nəzarət mümkün deyil. Lakin xəbər portallarında paylaşılan xəbərlər diqqətlə araşdırılmalı daha sonra hadisəyə münasibət bildirilməlidir. Bununla yanaşı bildiyiniz kimi, DİN və FHN əməkdaşları üçün ilk tibbi yardım və ürək-ağciyər reanimasiya kusları təşkil olunur. Düşünürəm ki, belə kursların digər müəssisələrdə də təşkili vacibdir.

-İnsanlar müalicə məqsədilə bəzən xaricə üz tuturlar. Azərbaycanda həmin şəxslərin müalicəsini təmin etmək mümkündürmü?

-Təbii ki, Azərbaycanda tibb sahəsinin sürətli inkişafı nəticəsində artıq demək olarki bütün xəstəliklərin müalicəsi üçün şərait var. Xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur. Bəzən xəstələr maddi məsələləri əsas gətirərək xarici ölkələrə üz tuturlar. Lakin hal-hazırda bir çox müayinə və müalicələr digər ölkələrə nisbətdə bizim ölkədə daha ucuz başa gəlir. Həmçinin, başqa ölkələrdə müalicə alan xəstələrin izlənilməsi çətinləşir ki, nəticədə baş verə biləcək ağırlaşmaların erkən profilaktikası aparıla bilmir. Məsələn, transplantasiya əməliyyatı olmuş xəstələri davamlı izləmək, sonrakı müalicələrə davamlı ciddi nəzarət etmək lazımdır. Lakin xəstələrə məsələnin bu tərəfi izah olunmur. Xəstələr başqa ölkədə əməliyyat olunur, sonrakı nəzarət müayinələrə görə, həmin ölkəyə müraciət etmirlər. Beləliklə, həmin xəstələrin müalicəsi tam yerinə yetirilmir və belə xəstələrdə ağırlaşmalar daha tez-tez aşkarlanır.

-Oxucularımıza sağlam olmaq, qaraciyər və digər xəstəliklərdən uzaq olmaq üçün nəyi tövsiyə edərdiniz?

-İnsanlar düzgün qidalanmaqla bərabər hərəkətliliyi artırmalıdırlar. Çünki az hərəkətlilik öz mənfi təsirini göstərir, ciddi xəstəliklərə səbəb olur. Bundan əlavə insanlar müəyyən yaş dövründən sonra mütəmadi olaraq yoxlama müayinələrindən keçməlidirlər. Müalicə, müayinə, düzgün qidalanma ilə bərabər hərəkətlilik artmalıdır.

-Çox möhtəşəm təhsil ocağında çalışırsınız. Müasir gənclərdə, tələbələrdə intellektual səviyyəni, vətənpərvərlik hissini necə dəyərləndirirsiniz?

-Düzgün qeyd edirsiniz Azərbaycan Tibb Universiteti çox mühüm təhsil ocağıdır. Burada dünya şöhrətli ziyalılar, alimlər yetişib. Biz də bu tibb ocağının yetirməsi olaraq hər zaman gənclərlə təmasda oluruq. Müsbət haldır ki, müasir gənclərimizdə intellektual mülkiyyətə sahiblənmək istəyi böyükdür. Cəmiyyətin inkişafı yüksək təhsildən başlayır. Bu baxımdan güclü mütaliə, maarifçilik işlərinin genişlənməsi zəruridir. Mən müşahidələrimə əsasən onu deyə bilərəm ki, ATU-da çox intellektli və vətənpərvər gənclər yetişir. Bütün bunlar bizi sevindirir. 2016-cı ilin aprel döyüşlərində universitetimizin bütün tələbələri Ordumuza dəstək məqsədilə klinikamızın qabağına yığışaraq cəbhəyə getmək istədiklərini bildirdilər. Bu da onu deməyə əsas verir ki, gənclərimiz Azərbaycanın torpağına, milli dəyərlərinə bağlıdır.

Müsahibəyə görə təşəkkür edirik

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1745

QHT və MEDİA

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...