SİYASƏT
A- A A+

Azərbaycan səfirliyinin operativ müdaxiləsi nəticəsində Pekində erməni təxribatının qarşısı alınıb

2015-10-05 10:55:52

Ermənilərin mədəniyyət və incəsənətin təbliği adı altında özlərinin işğalçılıq və qəsbkarlıq əməllərinə haqq qazandırmaq istiqamətində fəaliyyətləri hamıya məlumdur

Onlar bu vasitə ilə Azərbaycan ərazilərinin işğal faktını gizlətməyə, tarixi faktları saxtalaşdırmağa və beləliklə, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Növbəti bu cür addım Çin Milli İncəsənət Muzeyində təşkil olunan 6-cı Pekin İncəsənət Sərgisində planlaşdırılmışdı.

Azərbaycanın Çindəki səfirliyi ermənilərin həmin sərgi çərçivəsində qondarma “erməni soyqırımı” mövzusunda əsərlər nümayiş etdirmək istəkləri barədə əvvəlcədən məlumat əldə edə bilib. Səfirlik Çin tərəfi ilə bununla bağlı danışıqlar apararaq, məsələlər barədə ətraflı izahat işi həyata keçirib. Nəticədə Çin tərəfi sərgi çərçivəsində qondarma “erməni soyqırımı” mövzusunda əsərlərin nümayiş olunmasını məqsədəmüvafiq hesab etməyib və həmin işlərin sərgidə nümayişinə icazə verilməyib.

Qondarma “soyqırımı” məsələsinin təbliği barədə planları baş tutmayan ermənilər sərgi çərçivəsində yenə öz çirkin əməllərini başqa istiqamətdə davam etdirməyə çalışıblar. Belə ki, onlar sərginin ermənilərə aid pavilyonunda Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə dair rəsm əsərlərinin, o cümlədən müharibə və zorakılığı təbliğ edən əsərlərin nümayişinə cəhd ediblər. Lakin Azərbaycanın Çindəki səfirliyinin diplomatlarının sayıqlığı və peşəkar fəaliyyəti nəticəsində ermənilərin bu planları da iflasa uğrayıb. Səfirliyin dörd əməkdaşı sərginin ilk günü erməni pavilyonuna baş çəkərək, “soyqırımı” ekspozisiyasının Dağlıq Qarabağ müharibəsi ekspozisiyası ilə əvəz olunduğunun şahidi olublar. Diplomatlar elə oradaca, gözləmədən ziyarətçilərə əsərlərdə əks olunan ərazilərin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə aid olduğunu bildiriblər. Bununla kifayətlənməyən diplomatlarımız sərginin təşkilatçılarını pavilyona dəvət edərək, ermənilərin mədəniyyət adı altında qəsbkar və işğalçı fəaliyyətlərinə haqq qazandırmaq və çinli vətəndaşları aldatmaq istəklərini diqqətə çatdırıb, münaqişə barədə ətraflı izahat verib, həmin rəsmlərin nümayişinin incəsənət sərgisinin ruhuna zidd olduğunu bildiriblər.

Araşdırma aparıldıqdan sonra Azərbaycan tərəfinin iradlarını haqlı qəbul edən təşkilatçılar sərginin ilk günü – sentyabrın 24-də erməni pavilyonunu ziyarət üçün tamamilə bağlı elan ediblər. Növbəti günlərdə isə Qarabağa aid tablo və yazılar pavilyondan yığışdırılıb. Bundan başqa, Azərbaycan diplomatlarının təkidi ilə erməni rəssamın öz əsərləri barədə təbliğat xarakterli çıxışına da zərurət görülməyib.

Qeyd etmək lazımdır ki, ermənilərə məxsus kütləvi informasiya vasitələrində, habelə sosial şəbəkələrdə guya Azərbaycan diplomatlarının erməni pavilyonuna hücum çəkməsi, dava salması və əsərləri məhv etməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq öz məkrli planlarının baş tutmamasından pərt olan ermənilərin Azərbaycan diplomatlarının peşəkar fəaliyyətinə kölgə salmaq istəyindən başqa bir şey deyil.

Bir məqamı da qeyd etmək lazımdır ki, yayılan məlumatlara əsasən, Pekində səfərdə olan Ermənistanın baş naziri Ovik Abramyan erməni pavilyonuna baş çəkməli imiş. Görünür çirkin niyyətlərinin baş tutmaması Ermənistan baş nazirini pavilyonu ziyarət etməyi təxirə salmağa məcbur edib.Azərbaycan diplomatlarının nümayiş etdirdiyi sayıqlıq, güzəştə getməmək və peşəkarlıq müsbət nəticənin əldə olunmasına imkan verib.(AzərTAC)

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 754

QHT və MEDİA

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...