2015-10-05 10:50:06 | CƏMİYYƏT
Şəhidlər və şahidlər

”1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitab haqqında

Bu mövzu hər cəhətdən ağrılıdır. Ona görə ağrılı və ağır söhbətdi ki,onların əksəriyyəti haqq dünyasına qovuşub, həm də cavan yaşlarında. Onların müasirləri, həmyaşıdları artıq ixtiyar yaşlarındadırlar. Başlanan söhbət, ixtilat istər-istəməz göz yaşları ilə başlayıb, göz yaşları ilə də qapanacaq. O şəhidlərin əksəriyyəti gənclər olub.

Yazda gələn qara yel kimi müharibə gülü burnunda olan tumurcuq kimi gəncləri tutub. Əlbəttə ki, yaşlılar da bu lüzumsuz müharibələrin qurbanına çevriliblər. Diplomatiya öləndə savaş başlayır, qonşunun qonşuya xəyanəti isə nə yerə sığan deyil, nə göyə, nə də kitaba. Mənfur qonşularımız ermənilər  (onlara qonşu demək də caiz deyil) gözünü açandan, gəlib torpaqlarımızda  məskunlaşandan üzü bəri bizə, bizim adət ənənələrimizə,  musiqimizə, tariximizə, adımıza qənim kəsilərək  özününküləşdirməyə çalışıblar..

Hər bir erməni hansı sahədə olursa-olsun qisas hərisliyi ilə azərbaycanlıya xəyanət edib. Bizim çörəyimiz onların burnundan nə vaxt gələcək hələ məlum deyil. Nankorluq onların qanındadır. Onları buna vadar edən nədir axı?!

 Bu günlərdə Əkrəm Bəydəmirlinin müəllifliyi ilə”1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” adlı kitab dərc olunub. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi tərəfindən “Virtual məkanda Qarabağ həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması” layihəsi çərçivəsində çap edilmişdir. Bu gün 1918-ci il soyqırımının yenidən araşdırılması zərurəti günümüzün ən vacib məsələlərindəndir.O tarixi araşdırdıqca onlarla yeni faktlar meydana çıxır, törətdiyi əməllər, cinayətlər nankor sahiblərinin üzünə dirənir, gec-tez onları beynəlxalq məhkəmə qarşında ifşa etməyə əsas verir. Bu labüddür, danılmazdır.

 Əkrəm Bəydəmirli xeyli əziyyət çəkib, evbəev, küçəbəküçə, kənbəkənd gəzərək hər bir yaşlı nəslin nümayəndəsi ilə mərhəmcəsinə söhbətləşib, səbrlə onları dinləyib və lazımi matüerialları toplaya bilib.Yuxusunu ərşə çəkən hadisələrin qaranlıq məqamlarına işıq salmağa, aydınlıq gətirməyə qismən də olsa müvəffəq olub. İllərlə yığılıb qalmış problemləri bir günə, bir aya, heç bir ilə də həll etmək asan iş deyil. Sinni 90-nı haqlamış ixtiyarlardan söz almaq həm savab, həm də vacib əməllərdəndir. Hər halda kitab uğurlu alınıb.
Kitab haqqında müfəssəl danışmaq istəmirəm, çünki, hər bir azərbaycanlının belə kitabları oxuması hava, su kimi vacibdir. Bu qiryət(qeyrət) məsələsidir, toyda oynamaq deyil ki, yerli-yersiz ortaya düşüb canından bezmişləri lazımsız və lüzumsuz diringələrinlə bezdirəsən. Kitabda qoyulan məsələrlər Əkrəm Bəydəmirlinin  uğurudur. Mən də Əkrəmin görüşüb söhbətləşdiyi ağsaqqalları tanıyıram, ama, (mən “amma”nı bir “m” hərfiylə yazıramsa,deməli bir şey bilib yazıram, bunun öz məziyyətləri var, qüsura baxmayın) dizimdə təpər, ürəyimdə istək tapıb o işləri görə bilməmişəm.  Əkrəm Bəydəmirli görə bilib. Bütün bunlara görə kitabın müəllifinə çox sağ ol düşür. 
Kitab haqqında xüsusi publisist yazı yazmaq niyyətində idim, üzürlü hesab eləsin Əkrəm ki, yazı informasiya xarakterli oldu, vaxtım çox olduğu üçün ətraflı yazı hazırlaya bilmədim, qismət olsun ikinci kitabı üçün bir publisist yazı məndə. Əkrəm Bəydəmirlinin kitabını diqqətlə oxumuşdum, qeydlərim də hazır idi, iş-işi basırdı deyə yazı bu gün tamamlandı, kitabdakı faktlar,geniş miqyaslı araşdırmalar ürəyimizdən xəbər verir. Kitabı oxumaq kitab haqqında danışmaqdan daha əfzəldir.Buyurun, hörmətli oxucular, söz sizindir.

 

 Eldar Səfa ŞAHVƏLƏDLİ

Baxış sayı : 1756
Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21