SİYASƏT
A- A A+

Tarixi saxtalaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur

2015-04-01 09:45:11

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı minlərlə soydaşımız ziyarət etdi.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı minlərlə soydaşımız ziyarət etdi. Azərbaycanın hər bir bölgəsindən burda nümayəndə var. Amma vaxt var idi, xalqımıza başına gətirilən müsibətlər haqqında danışmağa belə imkan verilmirdi. Erməni quldurlarının azərbaycanlılara qarşı soyqırımı törətməsi haqqında dünya ictimaiyyəti heç nə bilmirdi. Qubadakı kütləvi məzarlığın aşkarlanması bir daha daha sübut etdi ki, tarixi saxtalaşdırmaq cəhdləri daim uğursuzluğa məhkumdur və həqiqət gec-tez üzə çıxır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində məzarlığın ziyarətçilərindən olan Quba şəhər Texniki Təmayüllü Liseyin tarix müəllimi Elxan Məmmədov söyləyib.

“Qubada elə bir ailə yoxdur ki, ötən əsrin əvvəllərində xalqımıza qarşı törədilən soyqırımının acısını yaşamasın. 1918-ci ilin mart və aprel aylarında Quba şəhərində üç mindən artıq soydaşımız qətlə yetirilib. Ümumilikdə isə Quba qəzasında 16 mindən çox insan soyqırımına məruz qalıb. Amma bütün bunların müqabilində erməni lobbisi özünü əzilmiş xalq kimi təqdim etməyə çalışır, mövcud olmayan soyqırımı haqqında yalanlar uyduraraq dünyaya sırımaq istəyirlər. Şükürlər olsun ki, tarix ədaləti bərpa etməkdədir. Ermənilərin soyqırımına məruz qalması mifi yox olur və əvəzində onların özlərinin soyqırımı törətdiyi dünya ictimaiyyətinin diqqətinə çatdırılır”, - deyə tarix müəllimi vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1373

QHT və MEDİA

2018-04-24 09:35:28

QHT və MEDİA
İkili standartlar demokratiyaya, ölkələr...
İkili standartlar demokratiyaya, ölkələr...

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun təqdim et...

2018-04-22 15:40:49

QHT və MEDİA
Müharibə və ixtilaflar girdabında: dünya...
Müharibə və ixtilaflar girdabında: dünya...

Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər d...

CƏMİYYƏT

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

2018-04-21 14:05:40

CƏMİYYƏT
Erməni saxtakarlıqlarının ifşası mövzusu...
Erməni saxtakarlıqlarının ifşası mövzusu...

APA-nın məlumatına görə, konfransda çıxış edən agentliyin sədri Kamran İmanov...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...