SİYASƏT
A- A A+

Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib

2019-07-16 07:40:05

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib

İyulun 15-19-da keçiriləcək diplomatiya həftəsində Azərbaycanın xarici siyasəti və nailiyyətləri ilə bağlı ölkəmizin aparıcı ali təhsil ocaqlarında təhsil alan 50-yə yaxın tələbəyə sahə üzrə daha dolğun məlumatların verilməsi məqsədilə Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəsmiləri, eləcə də diplomatik nümayəndəliklərimizin rəhbərləri tərəfindən mühazirə və seminarlar təşkil olunacaq.

Diplomatiya həftəsinin açılışında çıxış edən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, 100 illik tarixə malik olan Azərbaycan diplomatiyası bu gün böyük uğurlara imza atıb. Diplomatlarımız çalışdıqları ölkələrdə və beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycanın haqlı mövqeyindən çıxış edirlər. Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənir. Bu gün Azərbaycan çox müsbət beynəlxalq imicə malik olan bir ölkədir. Dünya birliyi tərəfindən Azərbaycana böyük rəğbət bəslənilir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təmsil etdiyi təhsil ocağının gənc diplomatların yetişdirilməsində oynadığı roldan danışıb.

Qeyd edək ki, tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tələbələrə ulu öndər Heydər Əliyevin zəngin irsi barədə daha geniş məlumatın verilməsi məqsədilə onların Heydər Əliyev Mərkəzinə ekskursiyası planlaşdırılıb. Habelə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, baş prodüseri Arzu Əliyevanın olduğu “Əbədi ezamiyyət” sənədli filminin nümayişi nəzərdə tutulub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 193

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...