QHT və MEDİA
A- A A+

Gürcüstan parlamentinin sədr müavini: "Azərbaycanla dostluğun qiymətini yaxşı bilirik"

2019-07-16 07:25:45

Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasında iştirak etmək üçün Bakıya səfərə gələn Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava başçılıq edib.

Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov münasibətlərin bütün sahələrdə yüksək səviyyədə qurulduğunu qeyd edib, müstəqillik dövründə dostluq və əməkdaşlıq əlaqələrimizin uğurla davam və inkişaf etdiyini vurğulayıb.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri parlamentlərarası əlaqələrin daha intensiv xarakter daşıdığını bildirib. Ölkələr arasında əməkdaşlığın durmadan genişləndiyini qeyd edib və vurğulayıb ki, Azərbaycanla dostluğun qədrini-qiymətini yaxşı bilirlər.

Nümayəndə heyətinin başçısı, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava Azərbaycana bu ilk rəsmi səfərinin davamlı olacağına ümid ifadə edib. Həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə deputatların çox səmərəli əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, bütün məsələlərdə Azərbaycanın dəstəyi hiss edilir və qiymətləndirilir. Gürcüstanla Azərbaycan bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirdir.

Söhbət zamanı deputatlar Hikmət Babaoğlu, Rasim Musabəyov, Ramaz Nikolaişvili qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirlərini bölüşüblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 325

QHT və MEDİA

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

2019-12-11 18:10:35

QHT və MEDİA
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...

Dekabr ayının 10-da “Zorakı ekstrimizm ilə mübarizə: birgə tərəfdaşlıqla daya...

CƏMİYYƏT

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...