İQTİSADİ
A- A A+

SOCAR-ın Karbamid Zavodunun məhsulu satışa çıxarılıb

2019-07-15 12:15:09

.

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC-yə ilk satışı həyata keçirilmişdir

SOCAR-ın Karbamid zavodunda istehsal olunan karbamid məhsulunun Azərbaycanın əsas gübrə tədarükçülərindən olan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə ilk satışı həyata keçirilmişdir. Bununla əlaqədar təşkil edilmiş mərasimdə Karbamid Zavodunun direktoru Xəyal Cəfərov və “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov iştirak etmişlər. Bildirilmişdir ki, əsas vəzifələrindən biri yerli sahibkar və fermerləri güzəştli şərtlər əsasında gübrə məhsulu ilə təmin etmək olan “Aqrolizinq” ASC indiyədək karbamid tədarükünü idxal yolu ilə həyata keçirmişdir. SOCAR-ın Karbamid zavodunun fəaliyyətə başlaması ilə bu sahədə idxaldan asılılıq aradan qaldırıldığından, artıq karbamid gübrəsinin “Aqrolizinq” ASC tərəfindən həmin zavoddan satın alınması və güzəştli şərtlərlə yerli sahibkar və fermerlərə tədarük edilməsi planlaşdırılır.

May ayından daxili və xarici bazarlarda gübrə satışına başlayan Karbamid zavodunda hazırkı dövrədək təxminən 60 min ton karbamid istehsal edilmiş və bu məhsulun təxminən 45 min tonu tender yolu ilə əsasən Türkiyə və Ukrayna bazarlarına, habelə yerli bazarda “Azfert” MMC-yə satılmışdır. Hazırda zavodda istehsal edilən karbamidin tədarükü avtomobil və dəniz yolları vasitəsilə həyata keçirilir, yaxın gələcəkdə, zəruri infrastrukturun yaradılmasından sonra məhsulun əsasən dəmir yolu vasitəsilə tədarük edilməsi nəzərdə tutulur.

Karbamid Zavodunun direktoru Xəyal Cəfərov demişdir: “Bu, bizim “Aqrolizinq” ASC ilə ilk əməkdaşlığımızdır. Bu əməkdaşlıq nəticəsində ölkə fermerlərinin ən keyfiyyətli gübrə məhsullarından olan karbamiddən münasib qiymətlərlə istifadəsinə imkan yaranır. Bu isə öz növbəsində məhsuldarlığın yüksəlməsinə, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq.” “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov SOCAR-ın Karbamid Zavodu ilə əməkdaşlığı yüksək dəyərləndirərək demişdir: “İnanıram ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilmiş karbamid zavodu layihəsinin uğurla başa çatdırılması və zavodun istehsala başlaması ölkənin kənd təsərrüfatınının inkişafında xüsusi rol oynayacaq, yerli istehsal olan karbamid gübrəsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə töhfə verəcəkdir”

Xatırladaq ki, Sumqayıt şəhərində yerləşən və illik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu istismara 16 yanvar 2019-cu il tarixində verilmişdir. Zavodun istehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 304

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...