QHT və MEDİA
A- A A+

Professor Fırat Purtaş: UNESKO-nun Şəki barədə qərarı tarixi bir uğurdur

2019-07-15 08:15:03

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycana şərəf gətirən tarixi bir uğurdur.

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin sabiq müavini, professor Fırat Purtaş ifadə edib.

Bu uğurun təkcə Azərbaycanda deyil, bütün türk dünyasında sevinclə qarşılandığını diqqətə çatdıran professor Fırat Purtaş deyib: “Azərbaycan TÜRKSOY-un təsisçi üzvü kimi hər zaman təşkilatın işinin irəli getməsinə böyük töhfələr verib. TÜRKSOY 2016-cı ildə Şəki şəhərini türk dünyasının paytaxtı seçərək əhəmiyyətli bir tarixə imza atdı. Ən əsası odur ki, Azərbaycan bu fürsətdən əhəmiyyətli dərəcədə istifadə edərək təkcə Şəkinin deyil, bütün ölkənin tarixini və mədəniyyət abidələrinin təbliği şansından məharətlə bəhrələndi. UNESKO-nun Şəki barədə qərarı ortaya iki mühüm həqiqəti çıxarmışdı. Birincisi, TÜRKSOY seçimlərini düzgün edir və proseslərə həssas yanaşır. İkincisi, Azərbaycan tərəfi öz tarixinə və mədəniyyətinə sahib çıxmağı məharətlə bacarır və bu istiqamətdə fundamental bir ənənə formalaşdırıb”.

Şəki barədə tarixi qərarın Azərbaycanın turizm imkanlarını genişləndirəcəyinə, beynəlxalq mədəni ictimaiyyətin bundan sonra ölkəmizə daha sıx bağlı olacağına əminliyini ifadə edən professor F.Purtaş bu tarixi nailiyyətlə bağlı Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 314

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...