İQTİSADİ
A- A A+

Rüfət Məmmədov: Azərbaycan Aİ-nin iqtisadiyyatında və enerji təhlükəsizliyində strateji rol oynayır

2019-07-12 08:10:00

Azərbaycan təkcə regionun deyil, Avropanın da iqtisadiyyatında mühüm rol oynayır. Bu gün Azərbaycan Avropanın əsas və fəal investorlarından biridir.

Bu barədə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 11-də Batumidə işə başlayan “Şərq tərəfdaşlığı” üzrə birinci investisiya forumundakı çıxışında deyib.

Nazir müavini bildirib: “Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə kifayət qədər investisiya yatırır. Bu investisyaların həcmi 20 milyard dollardan çoxdur. Biz, həmçinin “Şərq tərəfdaşlığı” ölkələrinin iqtisadiyyatlarına da sərmayə qoyuruq. Azərbaycan proqrama üzv 4 tərəfdaş ölkəyə 3,5 milyard dollardan çox investisiya yatırıb”.

Onun sözlərinə görə, Azərbaycan Aİ-nin enerji təhlkəsizliyində çox əhəmiyyətli və strateji rol oynayır. Cənub Qaz Dəhlizinin inkişafı ilə Azərbaycanın əhəmiyyətli rolu daha da artacaq. Nəqliyyat sahəsi də digər mühüm əməkdaşlıq sahəsidir. Azərbaycan Türkiyə və Gürcüstanla birgə Bakı-Tbilisi-Qars layihəsini həyata keçirir. Bu layihə beynəlxalq nəqliyyat dəhlizlərinin çox əhəmiyyətli hissəsidir.

Nazir müavini qeyd edib ki, Azərbaycanın Aİ ilə əməkdaşlığı yalnız energetika və nəqliyyat sektorları ilə məhdudlaşmır: “Bizim Avropa İttifaqı ilə insan kapitalının inkişafı, təhsil, sosial müdafiə və digər sahələrdə də çox fəal əməkdaşlığımız mövcuddur”.

Azərbaycan və Aİ arasındakı ticari-iqtisadi əlaqələrdən danışan R.Məmmədov deyib: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanda Aİ-yə üzv ölkələrin 1600-dən çox şirkəti uğurla fəaliyyət göstərir. Azərbaycanla Avropa İttifaqına üzv ölkələrin biznes sektorları arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə Bakıda birgə biznes forumlar təşkil olunur. Builki foruma biznes sektoru təmsil edən 1000-dən çox iştirakçı qatılıb. Biznes forumlar Azərbaycan və Avropa ölkələri arasında ticarət və investisiyaları stimullaşdırır”.

Nazir müavini Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlardan da danışıb. “Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün daha çox imkanlar var. İnanıram ki, bu əməkdaşlıq genişləndiriləcək və əməkdaşlıq üzrə yeni mexanizmlər həyata keçiriləcək”, – deyə R.Məmmədov vurğulayıb.(Azərtac)


Kateqoriya : İQTİSADİ Baxış sayı : 132

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...