SOSİAL
A- A A+

Azərbaycanlı gənclər Beynəlxalq Musiqi Festivalında

2019-07-11 09:15:07

.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 14 nömrəli uşaq musiqi məktəbi "NEW WAY" Birinci Beynəlxalq Musiqi Festivalında Azərbaycanı təmsil edib “Bakı” Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti və "Novus Via" layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının“Gənclərə dəstək” layihəsinin dəstəyi ilə Almaniyanın Hannover və Tsell şəhərlərində möhtəşəm "NEW WAY" Yay Festivalı təşkil edib. Festivalda Rusiyadan, Almaniyadan, Azərbaycandan, Türkiyədən, İrandan və digər olkələrdən olan musiqiçilər iştirak ediblər.

Layihənin məqsədi Azərbaycanın folklor və klassik musiqisini, o cümlədən xalq mahnılarını Almaniyada təbliğ edərək yayımlamaqdır. Sərhəd tanımayan mədəniyyətin zəngin ənənələri ilə seçilən Azərbaycanın milli musiqi irsi özünün qədim ənənələri və onlara söykənən müasir əsərləri ilə dünyanın hər yerində unudulmaz izlər qoyur. Bu baxımdan "NEW WAY" layihəsi həm klassik, həm də müasir Azərbaycan musiqisinin təşviqində gözəl bir təcrübədir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 14 nömrəli uşaq musiqi məktəbinin direktoru, Respublika və Beynəlxalq müsabiqələr laureatı, tarzən Neymət Mürsəlov Festivalda Azərbaycan təmsilçilərindən biri kimi repertuatında həm klassik, həm də müasir musiqi nümunələri daxil etməklə yanaşı, Azərbaycan və Qərbi Avropa musiqisinin incilərini də bir araya gətirib. O I.Bramsın “Macar reqsi”ni, V.Adıgözəlovun “Qərənfil” romansını, İ.İsrafilovanın “Cahargah Skertso” və sairə musiqi əsərlərini tarda məharətlə ifa edib. "NEW WAY" Birinci Beynəlxalq Musiqi Festivalının yekununda iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim edilib


Kateqoriya : SOSİAL Baxış sayı : 549

QHT və MEDİA

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...