QHT və MEDİA
A- A A+

Mübariz Qurbanlı: Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir

2019-07-11 08:40:19

Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib

Fact-nfo.az trend-ə istinadən məlumat verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını bu ideya altında birləşdirir.

Komitə sədrinin sözlərinə görə, azərbaycançılıq ideyası dövlətimiz üçün prioritetdir: "İslami dəyərlər də, mənsub olduğumuz İslam dini də xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir. 30 il əvvəl Azərbaycanda nə multikultural, nə də tolerant sözü işlədilirdi. Amma o zaman da Azərbaycanda multikultural dəyərlər, tolerant mühit var idi".

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə bildirib ki, Azərbaycan islami prinsiplərdən istifadə etməklə çox gözəl dialoqlar aparır: "Azərbaycan bu gün İslama sahib çıxır, bütün din sahibləri ilə dialoqa girə bilir. Buna görə də Azərbaycanda çox gözəl tolerant mühit var".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə qeyd edib ki, sovet dövründə azərbaycançılıq anlayışı daha çox etnik anlayış kimi qəbul edilirdi: "Amma ümummilli lider Heydər Əliyevin təqdim etdiyi azərbaycançılıq anlayışı birləşdirici dəyərləri özündə ehtiva edir. Bu ideya mütləq şəkildə gələcək nəsillərə ötürülməlidir. Orta və ali məktəblərdə bu məsələyə kifayət qədər elmi yanaşmanın olmasının tərəfdarıyam".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 309

QHT və MEDİA

2019-12-16 09:05:13

QHT və MEDİA
Milli Qəhrəman Albert Aqarunovun xatirəs...
Milli Qəhrəman Albert Aqarunovun xatirəs...

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Milli Qəhrəman Albert Aqaruno...

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

CƏMİYYƏT

2019-12-14 10:15:33

CƏMİYYƏT
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əl...
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əl...

“Rossiyskaya qazeta” nəşrində Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üç...

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

İQTİSADİ

2019-12-16 09:55:08

İQTİSADİ
Ödənişli İstehsalat təcrübəsi proqramını...
Ödənişli İstehsalat təcrübəsi proqramını...

2019-cu ildə SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 2 a...

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...