QHT və MEDİA
A- A A+

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan toplantı

2019-07-10 08:20:16

İyulun 9-da Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə keçirilib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarına təbrik məktubunu oxuyub.

Müşavirədə çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının bir əsrlik inkişaf yolu, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni yaranmış respublikanın tanıdılması istiqamətində atılmış addımlar, Cümhuriyyətin süqutundan sonra sovet dövründə Xarici İşlər Komissarlığının fəaliyyəti və nəhayət, müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi, milli maraqlarımıza əsaslanan dinamik və fəal xarici siyasətimiz barədə danışıb.

Nazir qeyd edib ki, 100 il bundan öncə Birinci Dünya müharibəsindən sonra cərəyan edən gərgin bir dövrdə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil etmək üçün müsəlman Şərqində ilk respublikanın Xarici İşlər Nazirliyi təsis edilmişdir. Şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən çoxşaxəli diplomatik fəaliyyətə başlamış, lakin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunması məhz 9 iyul 1919-cu il tarixinə təsadüf etdiyindən, Azərbaycan Respublikası Prezidentinin 2356 saylı, 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis olunmuşdur. Sovet işğalı nəticəsində Cümhuriyyətimizin qısa ömür yaşamasına baxmayaraq, ilk respublikanın Xarici İşlər Nazirliyinin diplomatik heyəti geniş təcrübəyə yiyələnmiş, mühüm nailiyyətlər əldə etmiş və müstəqil xarici siyasət fəaliyyətimizin əsasını qoymuşlar. 1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycan xalqı öz milli istiqlaliyyətini yenidən bərpa edə bilmişdir. Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və kəskin daxili çaxnaşmaların hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına o zaman bir çoxları inanmırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı Azərbaycanda sabitlik və inkişafın təməlini qoydu. Ulu Öndərin əsas məqsədi Azərbaycanı daha qüdrətli və zəngin dövlətə çevirmək, dünya birliyində nüfuzunu daha da möhkəmləndirmək və əsl söz sahibinə çevirmək idi və bu hədəflərə də şərəflə nail olundu.

Nazir vurğulayıb ki, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, milli maraqlarımıza əsaslanan Azərbaycanın müasir xarici siyasət strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün müvəffəqiyyətlə davam etdirilir. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki mövqe və nüfuzunu daha da möhkəmləndirməyə müvəffəq olub.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti, ilk növbədə, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu gün beynəlxalq ictimaiyyət birmənalı şəkildə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunması BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının məlum qətnamələri ilə yanaşı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərarlarında da öz əksini tapır.

Nazir deyib ki, ötən müşavirədən keçən dövr ərzində Azərbaycan Respublikasının Əlcəzairdə və İraqda səfirlikləri, Kolumbiya, Çili, Uruqvay və Peruda diplomatik ofisləri açılıb, Avstriya, Sudan, Cibuti, Paraqvay, İtaliya və Maltada yeni fəxri konsulluqları fəaliyyətə başlayıb. Azərbaycanda isə Peru, Kosta-Rika, Meksika, Venesuela və Çilinin səfirlikləri, Əlcəzair, Portuqaliya, Xorvatiya, Estoniya və Monteneqronun diplomatik ofisləri, həmçinin San-Marino, Sloveniya, Makedoniya və Efiopiyanın fəxri konsulluqları açılıb. Azərbaycan Respublikası ilə Tanzaniya Respublikası, Vanuatu Respublikası, Baham Adaları Birliyi, Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub. Hazırda Azərbaycan Respublikasının xarici dövlətlərdə 59 səfirliyinin, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyinin, 9 baş konsulluğunun, 11 təmsilçilik ofisinin və 15 fəxri konsulluğunun fəaliyyət göstərdiyini deyən E.Məmmədyarov əlavə edib ki, ölkəmizdə isə 66 dövlətin səfirliyi, 4 baş konsulluq, 13 fəxri konsulluq və 22 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.

Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xarici İşlər Nazirliyi bundan sonra da beynəlxalq münasibətlər sistemində Azərbaycanın dövlət maraqları və milli mənafeyinin layiqincə qorunması və təmin olunması istiqamətində müstəqil və çevik xarici siyasət fəaliyyətini davam etdirəcək.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 161

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...