CƏMİYYƏT
A- A A+

Kamran Nəbizadə: Qafqazda ikinci erməni dövləti yaradılması mümkün deyil

2019-07-09 08:20:43

ATƏT PA-nın yekun plenar iclasında Milli Məclisin deputatı Kamran Nəbizadə çıxış edib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, natiq öz çıxışında enerji təhlükəsizliyi, Avropa bazarının Köhnə Dünyanın zəruri enerji ehtiyatları ilə təmin olunmasında Azərbaycanın və bütün Xəzər regionunun rolu mövzusuna toxunub. Deputat vurğulayıb ki, Azərbaycan enerji resurslarının Avropa İttifaqına nəqlinin şaxələndirilməsində mühüm rol oynayır. Daha sonra o bildirib ki, ATƏT üzvü olan ölkələr ikili standartlardan əl çəkməli, dondurulmuş münaqişələrin dinc, diplomatik yolla nizamlanması üçün əllərindən gələni etməlidirlər. Nəzərə almaq lazımdır ki, terrorizm, təcavüz, işğal və hərbi münaqişələr bütün ATƏT məkanında ümumi enerji siyasətinin və siyasi sabitliyin təmin edilməsi üçün ciddi risklər yaradır.

Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Aland adaları modelindən istifadə edilməsi təklifinə görə finlandiyalı həmkarına təşəkkürünü bildirib. O xatırladıb ki, Azərbaycan Dağlıq Qarabağ regionunun erməni icmasına Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsini dəfələrlə təklif edib, lakin Yerevan hər dəfə bu təklifi rədd edir, Cənubi Qafqazda ikinci erməni dövləti yaradılmasında israrlı olduğunu bildirir. Kamran Nəbizadə deyib: “Bu isə mümkün deyil”.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 414

QHT və MEDİA

2020-02-18 09:55:39

QHT və MEDİA
Azərbaycan aliminin Berlin Humboldt Univ...
Azərbaycan aliminin Berlin Humboldt Univ...

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və dok...

2020-02-17 08:25:26

QHT və MEDİA
Mülazim Pahsa: Ermənistanın baş nazirini...
Mülazim Pahsa: Ermənistanın baş nazirini...

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hökumət başçısını və onun ölk...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...