CƏMİYYƏT
A- A A+

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması mühüm hadisədir

2019-07-08 09:35:09

.

Ümumdünya İrs Komitəsi Azərbaycandan artıq üçüncü nominasiyasını qəbul edib. Bu gün Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Bu sözləri iyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası qəbul olunandan sonra jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Bu prosesin asan başa gəlmədiyini qeyd edən nazir bildirib: “Altı ildir ki, Azərbaycandan ekspertlər bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim edib. İlk mərhələdə onların təhlili kifayət qədər müsbət olmayıb. Lakin Azərbaycanın gətirdiyi sübutlar və dövlətimizin başçısının məsələ ilə bağlı imzaladığı Sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynayıb”.

Əbülfəs Qarayev Azərbaycanın UNESKO ilə əlaqələrinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunun olduğunu deyib: “Fürsətdən istifadə edərək Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm".

Nazir bildirib ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın mədəni irs tarixində mühüm hadisədir.

Qeyd edək ki, nazir Əbülfəs Qarayev sessiyada qərar qəbul olunandan sonra çıxış edərək Azərbaycan hökuməti adından sessiya iştirakçılarına təşəkkürünü bildirərək deyib: “Biz bu məsələ ilə bağlı edilən tövsiyələri və müvafiq öhdəlikləri yerinə yetirəcəyik. Bu məsələdə dəstək göstərdiklərinə görə Ümumdünya İrs Komitəsinə üzv dövlətlərə, ICOMOS-a təşəkkür edirəm”.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da müzakirə zaman qeyd olunan bütün fikirlərin nəzərə alınacağını deyərək, sessiyaya minnətdarlığını bildirib və hamını Şəkiyə dəvət edib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 453

QHT və MEDİA

2020-01-21 08:50:48

QHT və MEDİA
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...

20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qəhrəmanlıq ...

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...