QHT və MEDİA
A- A A+

Azay Quliyev: ATƏT məkanında təhlükəsizlik, əməkdaşlıq və sülh kimi prinsiplərin dəstəklənməsindən məmnunuq

2019-07-08 08:20:06

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Assambleyanın Lüksemburqda keçirilən yekun plenar iclasında çıxış edib.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü öz çıxışında ATƏT-in Vankuverdən Vladivostoka qədər uzanan məkanında təhlükəsizlik, əməkdaşlıq və sülh kimi əsas prinsip və dəyərlərin Assambleya tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edərək deyib: "Bu gün biz bütün bu məkana həmin prinsiplərin ikili standartlar və coğrafi imtiyazlar olmadan tətbiq olunmasının zəruriliyi barədə çağırış edirik. Assambleya bir daha təsdiq etdi ki, təşkilata üzv ölkələr arasındakı münaqişələr dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır".

Azay Quliyev Assambleya tərəfindən əsas azadlıqların və insan hüquqlarının, xüsusən öz doğma torpaqlarında didərgin salınmış qaçqınların və məcburi köçkünlərin haqlarının dəstəkləndiyini qeyd edib.

Milli Məclisin deputatı İpək Yoluna Dəstək Qrupunun məhsuldar fəaliyyəti barədə məlumat verərək deyib: "Qrup dialoqun inkişafı üçün səmərəli platformadır və biz digər ölkələri də ona qoşulmağa çağırırıq".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 355

QHT və MEDİA

2019-10-16 09:00:03

QHT və MEDİA
“Hər zaman Azərbaycan və Türkiyə düşmənl...
“Hər zaman Azərbaycan və Türkiyə düşmənl...

“Hər zaman Azərbaycan, Gürcüstan və Türkiyə düşmənlərinə qarşı birgə mübarizə...

2019-10-15 08:30:30

QHT və MEDİA
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qov...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...