SOSİAL
A- A A+

“Nəsimi-650” kitabının təqdimatı olub

2019-07-07 08:30:06

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADIM) sədri Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdilinin hazırladığı, araşdırmalar və müsahibələrdən ibarət “Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib

Kitaba yerli alim və jurnalistlərlə yanaşı Türkiyə, Almaniya, ABŞ tədqiqatçılarının da məqalələri daxil edilib.

Tanınmış ictimai xadimlər, media təmsilçiləri, QHT nümayəndələrinin qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan Toğrul Allahverdili müəllifi olduğu kitabın yazılma zərurəti və nəşri haqqında ətraflı məlumat verib.

O, sözügedən kitabın yazılmasında Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə dair sərəncamının mühüm rol oynadığını vurğulayıb.

T.Allahverdili qeyd edib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun “Nəsimi ili” ilə bağlı Şamaxı şəhərində təşkil etdiyi “Diaspor Gənclərinin ikinci Yay Düşərgəsi”nin iştirakçılarına təqdim ediləcək.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, kitabın redaktoru Aqil Əsədov təmsil etdiyi dövlət qrumu adından Toğrul Allahverdilini təbrik edib.

Komitə rəsmisi bildirib ki, Nəsimi irsinin həm xaricdəki soydaşlarımız arasında, həm də dünya miqyasında təbliğ olunması baxımından, bu təşəbbüs böyük əhəmiyyət daşıyır.

Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, Mətbuat Şurasının üzvü Azər Həsrət, ekspertlər Telman İsa, Fatimə Hacıbəyli, xarici ölkələrdən gəlmiş, diaspor sədrləri təqdim olunan kitab haqqında müsbət fikirlər səsləndirərək, onu “Nəsimi ili”nə mühüm töhfə kimi qiymətləndirib.


Kateqoriya : SOSİAL Baxış sayı : 643

QHT və MEDİA

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

2020-07-10 08:20:42

QHT və MEDİA
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...

Azərbaycan ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...