SOSİAL
A- A A+

“Eureporter” jurnalı Ermənistanda insan hüquqlarının pozulması hallarından yazır

2015-10-02 09:15:36

Avropada geniş oxucu kütləsinə malik “Eureporter” jurnalının saytında Ermənistanda insan hüquqlarının pozulması hallarından bəhs edən məqalə dərc olunub

AZƏRTAC xəbər verir ki, məqalədə sentyabrın 23-24-də Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə keçirilən illik iclasda Sərhədsiz İnsan Haqları Təşkilatının rəhbəri Villi Fautrenin Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı hesabatına da yer verilib. Hesabatda qeyd edilir ki, müstəqil məhkəmə hakimiyyətinin olmaması Ermənistanda insan hüquqlarının ümumi vəziyyətinin pisləşməsinin nümunələrindən biridir.

Məqalədə bildirilir ki, Ermənistandakı təhlükəli faktlar bu ölkənin ombudsmanı, eləcə də BMT və Venesiya Komissiyası tərəfindən də qeydə alınıb. Varşavada keçirilən iclasdakı çıxışında Villi Fautre Ermənistanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərə istinadən deyib ki, bu ölkədə icra və məhkəmə hakimiyyətləri arasında asılılığın olması sistematik problemləri üzə çıxarır. Əsasən məhkəmə hakimiyyətinin müstəqil olmaması insan hüquqlarının pozulması hallarının kütləvi hal almasına gətirib çıxarır.

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 568

QHT və MEDİA

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...