İQTİSADİ
A- A A+

"ABŞ Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələrinə dəstək verir"

2019-07-06 07:50:25

"ABŞ ölkə müstəqilliyini bərpa edəndən bu yana Azərbaycanı dəstəkləyib".

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Li Litzenberger ABŞ-ın 243-cü Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib.

O deyib ki, beynəlxalq arenada Azərbaycanın rolu artmaqda davam edir: "ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir. Azərbaycanı dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, hər iki ölkə dost və tərəfdaş kimi azadlıq və firavanlıq yolunda birgə addımlamağa davam edəcək".

Azərbaycan və ABŞ arasında güclü tərəfdaşlıq və əməkdaşlıq mövcuddur.

Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ xalqını və hökumətini Azərbaycan hökuməti adından təbrik edib.

O qeyd edib ki, ABŞ və Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur və sosial iqtisadi dialoqun genişlənməsi əlaqələrin inkişafına töhfə verir. Onun sözlərinə görə, ABŞ Cənub Qaz dəhlizi daxil olmaqla Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələrinə dəstək verir.

"ABŞ prezidenti Donald Trampın İlham Əliyevə təbrikində Azərbaycanın beynəlxalq təhlükəsizliyə və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə haqda sözləri əlaqələrimizin daha da inkişafına səbəb olacaq. Son zamanlar ABŞ-dan Azərbaycana gələn səfərlərin sayının artmadı əlaqələrin yeksələn xətt üzrə inkişafının göstəricisidir.

Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar təşkil edib. İndiyədək ABŞ Azərbaycana 13, 6 milyard dollar investisiya yatırıb, Azərbaycan isə ABŞa 8, 2 milyard dollar sərmayə yatırıb.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun sədri kimi ABŞ-ın səylərinə ümid bəsləyirik.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 295

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...