MÜSAHİBƏ
A- A A+

Professor Məhəmməd Kərimov: “Düşünürəm ki, hər bir ziyalının qarşısında duran ən ümdə vəzifə bundan ibarət olmalıdır”

2019-07-05 08:10:45

Bu günlərdə Avropa Venos Forumunun (Assosiasiyasının) konqresi İsveçərənin Sürix şəhərində keçirilib. Həmin toplantıda Azərbaycanı təmsil edən Azərbaycan Tibb Universitetinin professoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov Fact-info.az saytının qonağı olub. O, bir sıra sualları cavablandırıb:

-Professor, öncə keçirilən beynəlxalq tədbirlə bağlı fikirlərinizi öyrənmək istərdik. Bu konqresin faydasını necə dəyərləndirirsiniz?

-Avropa Venoz Forumu adlanan və tək Avropanın deyil, demək olar ki, bütün dünyanın fleboloqlarını bir araya gətirən bu beynəlxalaq cəmiyyət özünün 20-ci, yəni orada qeyd olunduğu yubiley toplantısını təsadüfən İsveçrəyə salmamışdır. Bunu neytral, qeyri-adi gözəlliyi və valehediciliyi ilə seçilən, Avropanın mərkəzində yerləşən ölkədə keçirilməsi həm də gələcəyə yönəlmiş bir mesaj kimi qəbul etmək olar. Forumun toplantıları hər il bir Avropa ölkəsində keçirilir və bu bir qayda olaraq 3-4 il əvvəldən gizli səsvermə ilə müəyyən edilir. Mən bu qurumla sıx əməkdaşlıq edirəm və son 10 ildə bütün toplantılarının iştirakçısı olmuşam. Bu ilki isə yubiley tədbiri olduğundan, öz möhtəşəmliyi, daha çox nümayəndə sayı ilə seçilirdi. Vaxtı ilə Avropa və ABŞ-dan Eklof, Perrini, Alleqra, Berqan kimi dünya miqyaslı korifey sənətkarlar –damar cərrahları, fleboloqlar gələcəyi nəzərə alaraq bir araya gələrək bu təşkilatı yaratmış və onun iclaslarında fəal iştirak etmişlər. Amma bu tədbirdə təəssüf ki, onlardan yalnız biri – prof. B. Eklof iştirak edir, qalanları isə yaşla əlaqədar olaraq iştirak edə bilmirdilər. Konkret konqres haqqında onu deyə bilərəm ki, biri-birindən maraqlı çoxsaylı çıxışlar müasir flebologiya və limfologiyanın ən aktual problemlərinə həsr edilmiş, diskussiyalar çox canlı, inandırıcı, faydalı keçdi. Məsələn, bu gün bütün dünyanın gündəmində olan varikoz xəstəliyinin bir neçə yeni müalicə üsulları mövcuddur və hər tədqiqatçı bunlardan birinin tərəfdarıdır. Amma bunun hansına üstünlük vermək, hansını qəbul etmək, göstərişləri necə müəyyən etmək kimi çoxsaylı məsələlər gündəmdə, dövrü mətbuatda diskussiya mövzusuna çevrilib. Ona görə də mövcud müasir müalicə üsullarından birini dərindən bilən görkəmli professorların 3 saata yaxın canlı diskussiyası, dartışması iştirakçılarda bu metodların üstünlükləri və çatışmazlıqları barədə müəyyən təsəvvür yaratdı. Mövcud olan elmi-təcrübi əməkdaşlıq bu tədbirin daha faydalı keçməsinə şərait yaradırdı. Üç gün davam edən toplantıda müxtəlif damar xəstəlikləri ilə bağlı ciddi müzakirələr aparıldı. Hər kəs çalışırdı belə möhtəşəm konqresdən müasir tibbi yeniliklər, yeni metodologiyalarla bağlı daha çox bilgi əldə etsin.

-Belə fikir mübadiləsi çox zəruridir. Orada qaldırılan daha innovativ, cəlbedici təkliflərin, təcrübənin Azərbaycanda tətbiqi haqqında nə deyə bilərsiniz?

-Mənim fikrimcə, hər bir beynəlxalaq konqresə qatılmaqda əsas məqsəd dünyada olan ən son yeniliklərdən xəbərdar olmaq, onları mənimsəmək, ölkəyə gətirmək və xalqımızın bunlardan faydalanmasına çalışmaqdan ibarətdir. Eləcə də bizim işlərimiz barədə məlumat verməkdir. Konqresdə kifayət qədər maraqlı çıxışlar, təkliflər oldu, heç şübhəsiz ki, onların bir çoxunu, xüsusilə də dünyada varikoz xəstəliklləri ilə bağlı yenilikləri izləyirəm, öyrənirəm və Azərbaycanda tətbiq edirəm. Bu toplantı bizim təcrübəmizi daha da zənginləşdirərək daha innovativ metodologiyaların ölkəmizdə tətbiqinə stimul verəcək. Tək venoz yox, limfatik damarların da xəstəliklərinin geniş müzakirəsi, fikir və informasiya mübadiləsindən biz də, Azərbaycan səhiyyəsinə və tibb elminə xidmət edən bir şəxs olaraq maksimum yararlanacağıq. Düşünürəm ki, biz daha çox kəskin və xroniki trombozların (posttrombotik xəstəliyin) müalicəsində baş verən yeniliklərin bir çoxunun tətbiqinə yaxın vaxtlarda başlayacağıq.

-Bu gün dünyada, həmçinin Azərbaycanda baxmayaraq ki, tibb sahəsində böyük inkişaf olsa da bir sıra xəstəliklər artmaqdadır. Mövsümlə bağlı xəstəliklər artmaqdadır. İnsanlara nəyi tövsiyə edərdiniz?

- Bu gün həqiqətən də tibb elmində ciddi inkişaf prosesi davam etsə də xəstəliklər artmaqda davam edir. Təbii ki, tibbi maarifləndirmə işi hər zaman aparılmalıdır. İnsanlar düzgün qidalanmaqla bərabər hərəkətliliyi artırmalıdırlar. Çünki az hərəkətlilik bir çox xəstəliklərin yaranmasında həlledici rol oynayır. Bundan əlavə bütün hallarda tibbi, ekoloji maarifçilik işi genişlənməlidir. Bu işlər təhsil ocaqlarında, TV-lərdə, intenet medaiada daha geniş aparılmalıdır. Mövsümlə bağlı isə deyə bilərəm ki, ən çox artan və və daha ciddi fəsadlara səbəb ola biləcək xəstəliklərdən biri və bəlkə də ən önəmlisi kəskin tromboz və tromboflebitlərin artmasıdır. Ona görə də insanlara isti yay aylarında qızmar günəş altında işləməməyi, çoxlu maye qəbul etməyi, varikozu olan insanlara isə kompression corablardan istifadə etməyi tövsiyə edirəm.

-Genetik faktorlardan yaranan xəstəlilər əvvəlki dövlərlə müqayisə də artım hiss olunmaqdadır. Bunun səbəbləri nədir?

- Ümumiləşdirsək görərik ki, xəstəliklərin artmasında bir çox faktorlar müəyyən rol oynayır. Ətraf mühitdə fiziki, bioloji dəyişiklik, stress, ekoloji və digər faktorlar xəstəliklərin artmasına birbaşa təsir edir. Havanın, su hövzələrinin çirklənməsi bu prosesə, yəni xəstəliklərin daha da artmasına səbəb olur. Təmiz su qaynaqlarının azalması, hətta bəzi qitələrdə tükənməsi, geni dəyişdirilmiş məhsulların qəbulu da həmçinin, stress faktoru bir çox xəstəliklərin əsasında durur. Stress insan orqanizmində gedən bütün proseslərə bu və digər formada mənfi təsirini göstərir. Konqresdə isə diqqəti cəlb edən əsas yeniliklərdən biri də müxtəlif venoz xəstəliklərin yaranma səbəbləri arasında genetik faktorların rolunun öyrənilməsinə həsr edilmiş ayrıca bölmənin olması idi. Bu işlər içərisində ABŞ və Yaponiya alimlərinin tədqiqatları daha müasir, daha möhtəşəm və əhəmiyyətli görünürdü. Bu çıxışlarda demək olar ki, bütün vena xəstəliklərinin genetik xəstəlik olması, genetik xarakter daşıması, hər birinin yaranmasına konkret hansı genin səbəb olması dəqiqliklə sübut olunurdu. Bunlar genetik tədqiqatların bizdə də geniş aparılmasının əhəmiyyətini bir daha təsdiq edir. O cümlədən də varikoz xəstəliyinin yaranmasına konkret səbəb olan gen müəyyən edilmiş və onun bütün aspektləri öyrənilməkdədir.

-Professor, bu gün varikoz xəstəliyinin Azərbaycanda müalicəsi necə aparılır?

-Müalicə üsulları xəstəliyin inkişaf dərəcəsindən asılı olur. Bu gün varikoz deyildikdə, sadəcə damar genişlənməsi nəzərdə tutulmur. Varikoz dedikdə, venoz damarların qapaqlarının dağılması, qapaq çatışmazlığı sindromu nəzərdə tutulur. Bunun nəticəsində refluksun əmələ gəlməsi baş verir. Əgər refluks varsa, buna varikoz deyirik. Ona görə də xəstəyə kompleks müalicə təyin olunur:cərrahi müalicə, konservativ müalicə və reabilitasiya müddətində bu və ya digər görülmüş tədbirlər. Cərrahi müalicə əsasdır. O yerdəki qapaq dağılıb, damar işləmir, qan ürəyə getmək əvəzinə geriyə qayıdır, bu zaman ya qapağı bərpa etməliyik, ya da cərrahi müdaxilə ilə problem aradan qaldırmalıyıq. Əvvəlki klassik müalicədə kəsiklər edilməklə damarın xaric edilməsi həyata keçirilirdi. Hazırda isə dünya qeyri-invaziv, ağrısız, kəsiksiz, çapıqsız, qansız müalicə üsullarına keçib. Bu XXI əsrin ən böyük nailiyyətidir. Bu gün ən çox istifadə olunan lazer(termal) müalicəsi varikozun müalicəsində qızıl standart sayılır. Sevindiricidir ki, bu gün həmin müalicə üsulu Azərbaycanda da var. İlk dəfə 9 il əvvəl bizim Azərbaycanda tətbiq etməyə başladığımız bu üsul, hazırda bir çox klinikalarda, həmçinin Tibb Universitetinin Cərrahiyə Klinikasında uğurla istifadə olunmaqdadır.

-Professor, beynəlxalq tədbirdə iştirak etdiniz. Xeyli sayda əcnəbilərlə təmasda oldunuz. Avropada təmasda olduğunuz əcnəbilərdə Azərbaycan haqqında məlumat yetərincədirmi. Azərbaycanın dəyərlərini, mədəniyyətini dünyada tanıtmaq üçün daha nə etmək lazımdır?

-Xeyr. Əcnəbilərin Azərbaycan haqqında məlumatları dəyərincə deyil, bəzilərinin isə ümumiyyətlə məlumatı yoxdur. Görüləsi işlər həddən artıq çoxdur və bu məsələ elliklə olmalı, hər bir vətənini sevən insan üzərinə düşən məsuluiyyəti başa düşməli, hər kəs bacardığını, əlindən gələni müsbət mənada etməlidir, az və ya çox. Biz alimlərin üzərinə düşən iş mənim fikrimcə birinci növbədə xarici jurnallarda elmi işlər çap etmək, digər tərəfdən də müxtəlif beynəlxalq forumlara qatılmaqdır. Bəziləri mənin bu fikrimlə razı olmaya bilər, amma bu bir həqiqətdir və buna maksimum çalışmaq lazımdır. Təsəvvür edin ki, 10 il əvvəl mən bu forumlara qatıldıqda heç kəs məni tanımadığından haradan olduğumu, ölkəmin harada yerləşdiyini və s.suallarla müraciət edirdilər. İndi isə bu insanlarla biz döğmalar kimi görüşür, hal əhval tuturuq. Onların sayı az deyil, yüzlərlədir. Deməli, bir şəxsin timsalında yüzlərlə insan Vətənimizi tanıdı, bir çox məsələlər, o cümlədən Qarabağ məsələsi barədə obyektiv məlumat aldı. Düşünürəm ki, hər bir ziyalının qarşısında soruşduğunuz məsələ barəsində duran ən ümdə vəzifə bundan ibarət olmalıdır.

Müsahibəyə görə təşəkkür edirik.

Sağ olun.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 2525

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...