SOSİAL
A- A A+

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyi “Aztəminatlı ailələrə qayğı “ aksiyasına qoşuldu

2019-07-04 21:35:15

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən “ Aztəminatlı ailələrə qayğı “ aksiyasına qoşularaq rayon ərazisində yaşayan imkansız ailələrə sovqat paylayıblar.

Aksiyada iştirak edən YAP Pirallahı rayon təşkilatı Gənclər birliyinin sədri Rüfət Əhmədov, sədrin müavini Elturan Həşimov və partiyanın digər fəalları tərtib olunmuş siyahı üzrə aztəminatlı ailələrə baş çəkərək onların problemləri ilə yaxından tanış olublar.

YAP Pirallahı rayon təşkilatı Gənclər birliyinin sədri Rüfət Əhmədov bildirdi ki, ölkənin ictimai - siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası tərəfindən mütəmadi olaraq əlamətdar günlərdə aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır.

Partiyanın ənənəsinə sadiq qalmaq biz gənclərin borcudur. Hər il olduğu kimi, bu il də YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyi dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə, rayon ərazisində yaşayan imkansız ailələrlə görüşməyi qərara aldı, qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərdi.

Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.


Kateqoriya : SOSİAL Baxış sayı : 459

QHT və MEDİA

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...