SİYASƏT
A- A A+

XİN: Ermənistanın Bakı sessiyasında iştirak üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərində məqsəd tədbirdən yayınmaqdır

2019-07-04 12:05:15

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsinə dair KİV-in sualını cavablandırıb.

Leyla Abdullayeva hazırkı sessiyanın təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və UNESKO arasında müvafiq saziş imzalandığını bildirib. O deyib ki, qeyd olunan sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilati məsələlər öz əskini tapıb. Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən UNESKO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər.

Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyil. Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və prosedurları barədə məlumatlı deyilsə, o zaman onların bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə UNESKO Katibliyinə müraciət etmələri yaxşı olardı.


Kateqoriya : SİYASƏT Baxış sayı : 203

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...