QHT və MEDİA
A- A A+

Yeni Milli Fəaliyyət Planının hazırlanmasına başlanılır

2019-07-04 09:40:58

Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri bu prosesdə aktiv iştirak etməyə dəvət edir. Bu barədə açıqlamanı Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev paylaşıb.

Ə.Nuriyev bildirib ki, Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icra müddəti bitdikdən sonra, Azərbaycan Respublikası Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanması prosesinə başlamışdır:

"Yeni Milli Fəaliyyət Planı hökumətlə qeyri-hökumət təşkilatları arasında aparılan dialoq yolu ilə, əvvəlki Milli Fəaliyyət Planından əldə edilən təcrübə, həmçinin müasir çağırışlar əsasında hazırlanır. Açıq Hökumət Platforması çərçivəsdinə yeni Milli Fəaliyyət Planının hazırlanmasına bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq ekspertlərlə yanaşı sıravi vətəndaşların bu prosesə aktiv formada cəlb edilməsi üçün sosial şəbəkələr, canlı yayımlar, radio verilişlər və sorğulardan istifadə ediləcəkdir".

Ə.Nuriyev əlavə edib ki, cari il ərzində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın təşəbbüsü ilə yeni Fəaliyyət Planının hazırlanması prosesi ilə bağlı 3 iclas keçirilmiş və dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq ekspertlərin və universitet nümayəndələrinin təklifləri dinlənilmişdir. İndiyədək 33 dövlət qurumu və 25 QHT yeni Milli Fəalliyyət Planı ilə bağlı öz təkliflərini bildirmişdir: "Yeni Milli Fəaliyyət Planının layihəsinin hazırlanması prosesi ilə bağlı müvafiq tədbirlər planı hazırlanmış, Açıq Hökumət Tərəfdaşlığı ilə razılaşdırılmışdır. Azərbaycan üçün hal-hazırda vacib olan prosesdə vətəndaş iştirakçılığının daha da gücləndirilməsini təmin etməkdir.

Milli Fəaliyyət Planının hazırlanması prinsipləri aşağıdaklardır:

- Açıq Hökumət Tərəfdaşlığının prinsip və hədəflərinə uyğunluq

- Öhdəliklərin daha konkret və icra oluna bilən olması

- Məqsədlərin aydın və ölçülənbilən olması

- Öhdəliklərin keyfiyyət nəticələrinə daha çox önəm verilməsi

- Öhdəliklərin icrası üçün zaman çərçivələrinin dəqiq müəyyənləşdirilməsi Maraqlı tərəflərin rəylərinin nəzərə alınması

- AHT prosesinin bütün mərhələlərində hökumətlə vətəndaş cəmiyyətinin davamlı dialoqunun təşkili

Yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı internet səhifəsində, sosial şəbəkələrdə (link) və yerli media qurumlarında cəmiyyətin məlumatlandırılması təmin edilir".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 137

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...