2019-07-01 08:35:30 | CƏMİYYƏT
Azərbaycan dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirir

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. İyunun 30-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb. Sessiyanın işində Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə də iştirak edir

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsini yüksək qiymətləndirən xanım nazir Azərbaycanın dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirdiyini bildirib.

Azərbaycanın UNESKO-nun bu mötəbər tədbirinə çox yüksək səviyyədə hazırlaşdığını qeyd edən bəhreynli nazir deyib: “Hər şey çox gözəl təşkil olunub. Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək imkanlarını artıq bir neçə dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da uğurla gerçəkləşəcək”.

Bəhreynli nazir Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasından gözləntilərini də dilə gətirib. Bildirib ki, dünya irsinin qorunması məsələsi nəinki hər hansı bir təşkilatın, eləcə də hər bir insanın diqqət göstərməli olduğu məqamdır. “Bəşəriyyət sürətli elmi-texniki tərəqqi dövrünü yaşayır. Bu inkişaf özlüyündə gözəldir. Lakin dünyada baş verən hərbi toqquşmalar, işğallar və münaqişələr təəssüf ki, bəzən minilliklərin mədəni mirasını çox qısa zamanda məhv olma təhlükəsi ilə üz-üzə qoyur. Ona görə də UNESKO və onun tərkibində fəaliyyət göstərən bir sıra qurumların işinə dəstək verilməlidir. Bu mənada Bakıda keçirilən sessiyada dünya mirasının qorunması baxımından çox doğru qərarların qəbul ediləcəyinə inanıram”, - deyə xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə bildirib.

Qeyd edək ki, Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar naziri daha əvvəl bir neçə dəfə Azərbaycanda olub. 2015-ci ilin may ayında ölkəmizə səfəri çərçivəsində Azərbaycan Xalça Muzeyini ziyarət edən xanım nazir xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, ənənələri ilə yaxından tanış olub. Qonaq həsirlərin, xovsuz xalça növləri sayılan “Şəddə” və “Zili” xalçalarının öz vətənində də məşhur olduğunu bildirib. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.

Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın “Çələbi” xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş “Azərbaycan xalçası” kitabı və muzeyin sertifikatı hədiyyə edilib.

Baxış sayı : 733
Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42 Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür 2020-09-28 06:55:50 "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur" 2020-09-28 06:50:27 Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır 2020-09-27 21:45:51 Ölkə QHT-lərinin müraciəti: Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! 2020-09-27 20:25:03 Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN 2020-09-27 20:05:14 Prezident İlham Əliyev: Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti onun faşist mahiyyətini bütün dünyaya göstərir 2020-09-27 14:05:59 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13