MƏDƏNİ
A- A A+

“Təhlükədə olan ümumdünya irsi”

2019-06-30 13:25:06

.

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İçərişəhərdə yerləşən binasında UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Təhlükədə olan ümumdünya irsi” mövzusunda Qeyri-Hökumət Təşkilatlarının 7-ci Beynəlxalq Forumu keçirilir. Forum “EkoSfera” Sosial-Ekoloji Mərkəzi QHT və “World Heritage Watch” beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.

Tədbirdə “World Heritage Watch” təşkilatının sədri Stephan Doempke və “EkoSfera” SEM-in rəhbəri, həmçinin Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler və Beynəlxalq Abidələrin və Tarixi Yerlərin Qorunması Şurasının prezidenti Toşyiku Komo çıxış ediblər.

Forumun keçirilməsi ilə “EkoSfera” SEM-in əsas missiyalarından biri olan Azərbaycanın təbii və mədəni irsinin mühafizəsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır. Tədbir çərçivəsində dünyanın bir çox ölkəsində və Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından 50 nəfərə yaxın heyət üzvü iştirak edir. Forum iştirakçıları 21 müxtəlif ölkəni, 5 qitəni təmsil edirlər.

Forum plenar və paralel sessiyalardan ibarətdir. Plenar hissədə “Ümumdünya İrs Konvensiyasının vətəndaş cəmiyyəti və qanunverici orqanlarının əməkdaşlığının perspektivləri” mövzusunda müzakirələr aparılıb, “İqlim dəyişikliyi”, “Hidroelektrik bəndlər” və “Təbiət təhlükədə - siyasətləşmə Ümumdünya İrs Konvensiyasının effektivliyini necə məhdudlaşdırır” mövzularında siyasi məruzələr dinlənilib. Forumun davamı olaraq paralel sessiyalarda Azərbaycan qeyri-hökumət təşkilatlarının iclası, ümumdünya irs iclası çərçivəsində yerli xalqların daimi forumu keçiriləcək və müvafiq qərarlar hazırlanacaq.

Sonda forum iştirakçıları Azərbaycanın qədim sivilizasiya məskənlərindən biri sayılan Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən “EkoSfera” SEM-in Etno-Ekoloji Mərkəzində ölkəmizin qədim tarixi, mədəniyyəti, mətbəxi və həmçinin təşkilatın uşaq və gənclər üçün nəzərdə tutulan maarifləndirici proqramları ilə yaxından tanış olacaqlar.

1999-cu ildən fəaliyyətə başlamış “EkoSfera” SEM-in yaradılmasının əsas məqsədi uşaq və gənclərin ekoloji təhsili və maarifləndirilməsi, Azərbaycanın mədəni və təbii irsinin qorunması, ekoloji və mədəni turizmin inkişafını təbliğ etməkdir.

“World Heritage Watch” QHT beynəlxalq mədəni və təbii irsi abidələrinin siyahıya alınmasını həyata keçirən ilk beynəlxalq qeyri-hökumət təşkilatı olaraq əsas missiyası UNESKO-nun Ümumdünya İrs Konvensiyasının tətbiqini gücləndirmək, dünya irs abidələrinin qorunması və mühafizəsinə kömək etməkdən ibarətdir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 482

QHT və MEDİA

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

2020-05-26 17:15:57

QHT və MEDİA
Rusiya portalı: Paşinyan hitlerçi babası...
Rusiya portalı: Paşinyan hitlerçi babası...

Mayın 8-də, Qələbə Günü ərəfəsində Ermənistan hökumətinin rəhbəri Nikol Paşin...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...

2020-05-12 12:15:01

İQTİSADİ
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğ...