SİYASƏT
A- A A+

"Danışıqlar prosesi cəbhə xəttindəki vəziyyətin girovuna çevrilməməlidir"

2019-06-29 07:35:07

.

"Xarici İşlər naziri Elmar Məmmədyarovun dediklərini anlamamaq və bu deyiləndən nəticə çıxarmamaq Ermənistan tərəfinin danışıqlar prosesinin irəli aparılmaması üçün bəhanələr axtarır fikrini bir daha təsdiq edir”.

Bu barədə APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

O bildirib ki, Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqton görüşünün nəticələri ilə bağlı KİV nümayəndələrinin sualını cavablandırarkən qeyd edib ki, münaqişənin tərəfləri qismində Ermənistan və Azərbaycan tərəfləri istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan prinsipləri və ya “Lavrov planı” adlandırılan sənəd olsun bunlar üzrə danışıqlar apararkən də təmas xəttində gərginliklər olub. Bununla belə substantiv və intensiv dialoq davam etdirilirdi:

“Yəni, danışıqlar prosesi cəbhə xəttindəki vəziyyətin girovuna çevrilməməlidir.. Xatırladırıq ki, cəbhə xəttindəki gərginliyin səbəbi məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur və bu gərginliyə son qoymaq üçün danışıqlar prosesi substantiv məsələlərin həlli üzrə irəli aparılmalıdır; bu qədər! Ermənistan tərəfinin məntiqi ilə Düşənbə görüşündən sonra əldə edilmiş qarşılıqlı razılıq əsasında cəbhə bölgəsindəki nisbi sakitlik dövründə biz danışıqlarda konkret nəticələr əldə etməli idik, lakin hər şey göz qabağındadır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf konkret nəticəyə yönəlik danışıqlardan yayınmaq üçün bəhanə axtarmamalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Ermənistan tərəfindən bizim və beynəlxalq ictimaiyyətin gözləntisi bundan ibarətdir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 505

QHT və MEDİA

2020-04-10 09:50:16

QHT və MEDİA
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhk...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilə...

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-10 10:00:52

İQTİSADİ
Nazirlər Kabineti illik hesabatın yeni f...
Nazirlər Kabineti illik hesabatın yeni f...

Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesaba...

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...