SİYASƏT
A- A A+

Deputat Rafael Hüseynov avropalı həmkarlarını qaçqınların və məcburi köçkünlərin dərdini anlamağa çağırıb

2019-06-28 09:20:45

.

Elə mövzular, elə problemlər var ki, onlar həmişə aktual olur və onların həlli ilə bağlı əslində hər gün nəsə etmək vacibdir. Belə mövzulardan ən vacibi uşaqlarla bağlıdır, onların hüquqlarının müdafiəsinə nail olmaqla əlaqədardır. Ətrafında fikir bölüşdüyümüz məruzə üzv dövlətləri uşaqların hüquqları üzrə Konvensiyanın prinsiplərinə riayət etməyə səsləyir. Uşaqları, konkret olaraq miqrant balalarını zorakılıqlardan, hərbi münaqişələrin fəsadlarından, təqiblərdən, iqlim dəyişikliyinin və təbii fəlakətlərin dağıdıcı təsirlərindən qorumağa çağırır. Bunların hamısı o qədər xeyirxah, elə nəcib çağırışlardır ki, hər birinə ikiəlli səs vermək olar. Dərdi tərəzi ilə ölçməzlər və onun böyüyü-kiçiyi olmur. Lakin miqrant uşaqların çəkdiyi acılarla bağlı səhifələri oxuduqca öz qaçqınlarımızın və məcburi köçkünlərimizin uşaqlarını düşünürəm. Çünki dərdin hər halda miqyasca daha nəhəngləri olur.

Bu fikirləri AŞPA-nın yay sessiyasında “Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov söyləyib.

2001-ci ildən milli parlamentdə, eləcə də AŞPA-da fəaliyyət göstərdiyini bildirən R.Hüseynov Ermənistanda tarixən yaşadıqları ərazilərdən deportasiya olunmuş və işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan köçkün düşmüş 1 milyon insanla müxtəlif çadır düşərgələrində görüşərkən gələcəyə böyük ümidlərlə baxdığını səsləndirib. Qeyd edib ki, qaçqın və köçkün uşaqların indi öz ailələri və dünyaya qaçqın və məcburi köçkün kimi gəlmiş uşaqları var. Qaçqın və məcburi köçkün kimi yaşamaq ağır dərddir, lakin dünyaya elə bu statusda göz açmaq ikiqat müdhiş faciədir. Miqrant uşaqları qorumağa çalışdığımız sıxıntıların hamısını və ən dəhşətli təzahürlərini Azərbaycanın sayı yarım milyondan çox olan qaçqın və məcburi köçkün olan uşaqları 30 ilə yaxındır ki, hər gün yaşamaqdadır. Həm də ildən-ilə bu rəqəm azalmır ki, artır. Çünki bu üzücü statusla yeni nəsillər dünyaya gələrək böyüyür. Biz isə problemləri həll etmək əvəzinə, onları sadəcə heyifsilənməklə müşayiət edirik.

İllərdir ki, ən ağır görünən, həlli çətin sayılan bir neçə problemin aradan qaldırılmasının əslində çox münasib və sadə üsulu var. Həmin üsuldan istifadə edərək hər kəs ənənəvi olaraq bizi ağrıdan problemlərin həllinə öz töhfəsini də verə bilər, qovuşan ortaq səylərlə həmin düyünlü nöqtələr qısa zaman ərzində birdəfəlik aradan qalxar.

1990-cı illərin ortalarında Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin lap ağır olduğu, onların çadır şəhərciklərdə, vaqonlarda yaşamağa məcbur olduqları vaxtları xatırlayıram. Əlbəttə, problem bütün faciəsi ilə indiyədək həll edilməmiş qalır. Lakin hər halda qaçqın və məcburi köçkünlərin demək olar ki, əksəriyyəti arxada qalan illər ərzində öz doğma yurd-yuvalarına qayıda bilməsə də, hər halda normal mənzillər, normal həyat şəraiti ilə təmin edilib. “O vaxt bir amerikalı jurnalist həmin qaçqın və məcburi köçkünlərin uşaqlarına birdəfəlik istifadə üçün olan fotoaparatlar paylamış, bir-birinizin, yaşadığınız yerlərin, gündəlik həyatınızın şəklini çəkin demişdi. Uşaqlar çəkmişdilər və onların gözləri ilə görünən həyatları bizim gördüyümüzdən qat-qat dəhşətli idi”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Deputat deyib: “Mənim təklif etdiyim həll modeli də elə təxminən buna uyğundur. Hər birimiz özümüzü o müsibətə uğramış insanların yerinə qoymağa çalışaq, həmin həyatı özümüz yaşayırıqmış kimi təsəvvür edək. Təsəvvür edək ki, bu gün dünyaboyu səpələnmiş miqrant uşaqları, qaçqınların, məcburi köçkünlərin övladları heç onların balaları deyil. Bir anlıq o uşaqların yerinə öz uşaqlarımızı, öz nəvələrimizi qoyaq. O qadınların yerində öz həyat yoldaşınızı, qızınızı, ananızı göz önünə gətirin. Dözərdinizmi? İnanıram ki, qətiyyən yox və dərhal əzizlərinizi, hətta öz həyatınız bahasına olsa belə, həmin girdabdan çıxarmağa cəhd edərdiniz. Amma təəssüflər olsun ki, biz həmin problemləri qəlbimizə nə qədər yaxın tutsaq da, adətən onlara kənardan nəzər salırıq. Ən yaxşı halda həmin dərdlərə qorxulu filmə baxan seyrçi kimi həyəcanlanırıq. Ona görə də ən kəskin çıxışlarımız belə əməli gücə malik deyil, quru bəyanatdan uzağa getmir. Həmin hisslərin və sözlərin vəziyyəti kökündən dəyişə biləcək enerjiyə çevrilməsi üçün isə yol yeganədir. Özümüzü bütünlüklə onların yerində qoymağı bacarmalıyıq”, - deyə R.Hüseynov avropalı deputatları qaçqınların dərdini anlamağa çağırıb.

Yalnız bu halda Avropada, dünyanın digər yerlərində həmin ağır problemlərdən iz qalmayacağını bildirən deputat ən ağır sualların “Bəs niyə etmirik?” “Hansı qüvvələr mane olur?”, “Nədən çəkinirik?”, “Ən nüfuzlu beynəlxalq təşkilatlar niyə qətiyyətli addımlarını atmır?” olduğunu deyib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 239

QHT və MEDİA

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...