TƏDQİQATLAR
A- A A+

"Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə" məqalələr toplusu nəşr olunub

2015-09-30 09:50:20

Bu günlərdə "Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə" məqalələr toplusu "Elm" nəşriyyatında çapdan çıxıb

Bu toplu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanıb.

Topluya Əli bəy Hüseynzadə haqqında müstəqillik illərində yazılmış, əlibəyşünaslığın çağdaş inkişaf səviyyəsini əks etdirən elmi və elmi-publisistik məqalələr daxil edilib. Bu məqalələr böyük ədib və mütəfəkkir, görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin mənalı ömür yolu və çoxcəhətli fəaliyyəti barədə dolğun təsəvvür yaratmağa xidmət edir.

Akademik İsa Həbibbəylinin, tanınmış tədqiqatçılardan Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Nizami Cəfərovun, Vilayət Quliyevin, Yavuz Akpınarın, Bədirxan Əhmədovun, Şamil Vəliyevin, Azər Turanın, Zaman Əsgərlinin, Alxan Bayramoğlunun, Ofelya Bayramlının,Vaqif Arzumanlının, Gözdə Gingörün, Cavidə Məmmədovanın, Lütviyyə Əsgərzadənin, Firəngiz Cabbarovanın məqalələrində Əli bəy Hüseynzadənin həyatı və yaradıcılığının, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının, "Molla Nəsrəddin" və "Füyuzat" ədəbi məktəbləri əlaqələrinin aktual məsələləri öz əksini tapıb.

 "Böyük ədib və böyük mütəfəkkir Əli bəy Hüseynzadə" kitabının elmi redaktoru AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, tərtibçiləri və çapa hazırlayanları isə Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Nikpur Cabbarlı, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist Şamil Vəliyevdir.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 877

QHT və MEDİA

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...