QHT və MEDİA
A- A A+

QHT AŞPA-da girovların hüquqlarının müdafiəsinə çağırış etdi

2019-06-28 08:50:18

Azərbaycan Respublikasının Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi, Azərbaycanın AŞPA-dakı daimi nümayəndəliyinin dəstəyi ilə Beynəlxalq Dialoq və İnkişaf Alyansı Avropa Şurası Parlament Assambleyasında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan haqları” mövzusunda tədbir keçirilib

Tədbirdə müxtəlif ölkədən olan deputatlar, KİV nümayəndələri iştirak ediblər. Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova çıxış edərək bildirib ki, 5 il bundan əvvəl Kəlbəcər rayon sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyev öz valideynlərinin qəbirlərini ziyarət etmək istəyərkən Erməni silahlı qüvvələri tərəfindən silahlı qüvvələri tərəfindən girov götürülüblər. Avropa Şurası İnsan Haqları üzrə Avropa Məhkəməsində bu məsələyə baxılması prosesi uzanır. Nəzərə alınmalıdır ki, onların səhətində ciddi problemlər var və bu məsələnin həlli sürətləndirilməlidir.

Tədbirdə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov, 2 ilə yaxın müddətdə atasına dair heç bir video və ya foto görüntüsünün olmadığı birdirdi və Avropa Şurası Parlament Assambleyası üzvlərindən atasının azad olunması, geri qaytarılması ilə bağlı müvafiq addımlar atmağa çağırıb. Tədbirdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov əsir və girovların beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq dərhal və qeyd şərtsiz qaytarılması ilə bağlı məruzə etdilər.

Tədbirdə Azırbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq Dialoq və Inkişaf Alyansı tərəfindən hazırlanan “Əsir və Girov götürülmüş Azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsi” adlı film nümayiş olunub.

Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 303

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...